main-post-cover

    Şəhərin mərkəzində ən böyük “Kontakt” mağazasının açılışına özəl -ENDİRİMLƏR DAVAM EDİR

    Digər
    Reklam və Marketinq
    25.10.2023
    Emil Nəcəfov
    Şəhərin mərkəzində - “Vurğun Residence”də ən böyük “Kontakt” mağazasının səs salan açılışı olub. 
         Ənənəvi “Kontakt” açılışlarında olduğu kimi bu dəfə də hər kəs musiqi
     və rəqs çıxışlarını izləyərək doyunca əylənib, sürprizli oyunlarda iştirak edərək qiymətli hədiyyələr qazanıb və tamamilə pozitiv emosiyalara köklənib. Hələ üstəlik açılışa qatılanlar arzuladıqları məhsulları münasib qiymətlərə əldə edə biliblər. 
    30 000 ÇEŞİDDƏ MƏHSUL SEÇİMİ İNDİ ŞƏHƏRİN MƏRKƏZİNDƏ
         Ümumi sahəsi 3550 m2 olan mağaza iki mərtəbədən ibarət olub alıcılara rəqəmsal – smartfon, televizor, notbuk, nəqliyyat vasitələrinin, akustika avadanlıqlarının; kiçik və böyük məişət əşyalarının; mebel və ev tekstili məhsullarının; o cümlədən qab-qacaqların ən geniş çeşidini sərfəli nağd, həmçinin kredit imkanları təqdim edir.
         Bundan başqa bu mağazada mətbəx və film zonasına baş çəkib özünüzü evinizdəki kimi hiss edə bilərsiniz. Siz alış-veriş edəndə isə balacalarınız uşaq zonasında əyləncəli vaxt keçirə biləcəklər. Mağazanı gəzməkdən yoruldunuz? Elə isə dadınıza bir fincan isti qəhvə çata bilər. Bunun üçün “Philips” kofe zonasına yaxınlaşmağınız kifayət edir.   
         Əlverişli imkanlar sadalamaqla bitmir. Belə ki, kassa/kredit zonasında növbənizi gözləyərkən Pulsuz “Wi-fi” xidmətindən yararlanıb vaxtınızı səmərəli keçirə bilərsiniz.
         Əlavə olaraq yeni açılmış mağazada məşhur “Apple”, “Philips Saeco”, “Rondel”, “Tefal”, “JBL”, “İnfinix”, “Xiaomi”, “AEG”, “Bosch”, “Beko” və “WMF” brendlərinin zonalarını da görməyiniz mümkündür. 
    AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM, 24 AYADƏK HİSSƏLİ ALIŞ ŞƏRTLƏRİ
         İndi isə gəlin cibinizi də sevindirəcək kampaniya şərtlərindən söz açaq. Belə ki, açılışa özəl oktyabrın 30-dək mağazada görüb bəyəndiyiniz istənilən növ məhsulu nağd alışda 60%-dək endirimlərlə ala bilərsiniz. Hissəli alışda isə smartfonlar ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, ev tekstili 18, mebellər isə 24 ay ilkin ödənişsiz, faizsiz, üstəgəl komissiyasız şərtlərlə təqdim olunur.
    Məsələn: 
    - 24 kVt isitmə gücü olan, 1 esenjorlu Hoffmann kombisini nağd alışda 750 yox, cəmi 499 manata;
    - 109 sm ekranlı, smart LG televizorunu 1050 deyil, endirimlə cəmi 700 manata;
    - 56 parça Schafer Luna yemək dəstini kreditlə ilkin ödənişsiz, faizsiz, komissiyasız 18 aya, ayda cəmi 30 manata;  
    - 128 GB yaddaşlı Samsung Galaxy A24 smartfonunu isə xüsusi təkliflə ilkin ödənişsiz, 20 aya, ayda cəmi 29 manata ödəməklə ala bilərsiniz. 
         Odur ki, həm mağaza imkanlarından yararlanmaq, həm də çox sərfəli kampaniya şərtlərini əldən verməmək üçün “Kontakt”ın “Vurğun Residence” mağazasına mütləq baş çəkin!  Ünvan: S.Vurğun k., 110. (Bakı Dövlət Sirkinin yaxınlığı).
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Kontakt”ın Ad Gününə özəl 60%-dək meqa endirimli kampaniya başladı
    kontaktin-ad-gunune-ozel-60-dek-meqa-endirimli-kampaniya-basladi