Sevginizi hiss etdirəcək, onu isə sevindirəcək – SEVGİLİLƏR GÜNÜ HƏDİYYƏLƏRİ

Sevginizi hiss etdirəcək, onu isə sevindirəcək – SEVGİLİLƏR GÜNÜ HƏDİYYƏLƏRİ

Reklam və Marketinq
09.02.2021 PAYLAŞIM

    Sevginin günü olmur, lakin bəzi günlər bizə əsl sevginin nə qədər dəyərli olduğunu xatırlatmaq üçün var. Bu xüsusi günlərdən biri də “14 fevral – Sevgililər Günü”dür. Həmin gün bütün işlərinizi ikinci plana atıb, yalnız onunla maraqlanın: onu sıx-sıx qucaqlayıb, hər yeni gün onu daha çox sevdiyinizi etiraf edin. Günü mənəvi bağı yüksək olan hədiyyələrlə taclandırın.

    Yadınızdadır, uşaqlıqda bir ürəyi iki yerə bölüb bir tayını sevdiyimizə hədiyyə edirdik? Musiqidə də deyildiyi kimi, “İkimizdə bir ürək var, yarı məndə, yarı səndə...”. Əgər hər baxdıqda sizi ona, onu sizə xatırladacaq, iki ürəyi bir edəcək mənəvi anlamı olan hədiyyə axtarışındasınızsa, məqaləni oxumaqda davam edin. Çünki Kontakt Home-la birgə sizə sevginizi daha da möhkəmlədəcək məsləhətlərimiz və hədiyyə ideyalarımız var:


1. Bir-birinizə can deyib, can eşidin

    İlin ən romantik günü üçün smartfon ən arzulanan seçimlər arasındadır. Adətən xanımlar smartfondan dəb aksessuarı kimi və instagrama keyfiyyətli şəkillər çəkmək üçün, kişilər isə mobil oyunlar üçün istifadə edir. Həmişə zərif görsənməyi sevən xanımlara qırmızı korpuslu iPhone 12 mini ideal hədiyyə seçimi ola bilər. Sevdiyiniz xanım sizə vurulduğu qədər Mini-nin zərifliyinə və dizaynına vurulacaq. Hətta hər dəfə ona zəng etdiyiniz zaman, nə qədər əsəbi olsa da, özü kimi zərif iPhone 12 mini-ni əlinə alan kimi sizə “Ay can” deyə cavab verəcək.

    Sevdiyiniz oğlanın PUBG, PES kimi yüksək qrafikalı oyunlara marağını bilirsinizsə, ona Xiaomi Poco m3 almağınızı tövsiyə edirik. Güclü prosessor və batareya hesabına mobil oyunları donmadan uzun müddət oynaya biləcək. Əmin olun ki, onun hobbisinə belə önəm verdiyinizi görəndən sonra sizə yalnız “Can” deyəcək.

2. Bir-birinizi sevgi ilə dinləyin 

    Sevginin ən gözəli qarşılıqlı olandır. Qarşılıqlı sevgi sahiblərinə ən yaxşı hədiyyə Huawei FreeBuds Pro qulaqlıqları ola bilər. Qulaqlıqların gümüşü rəng seçimlərinin olması sizə bu cihazların cüt istifadəsinə imkan verəcək. Aktiv səs izolyasiyası funksiyası sayəsində onunla danışarkən, ətraf səsləri deyil, yalnız onun səsini eşidəcəksiniz. Bir sözlə, Huawei FreeBuds Pro bütün ürək sözlərinizi qarşı tərəfə olduğu kimi çatdıracaq. Bir-birinizi sevgi ilə dinləyib, sevgi ilə cavab verin.

3. Bir-birinizə vaxt ayırın 

    Atalar boşuna deməyib ki, vaxt qızıldan da dəyərlidir. Əgər siz də zamanın dəyərini bilənlərdənsinizsə, bir-birinizə saat hədiyyə edib, vaxtınızın idarəsini öz ixtiyarınıza keçirin. Ənənəvi qol saatlarına üstünlük verənlərə Casio brendindən seçim etmələrini təklif edirik. Çünki bu brendin məhsulları arasında hər zövqə və büdcəyə uyğun çox keyfiyyətli saatlar tapa bilərsiniz. Seçiminizi ağıllı saatların üzərində saxlamaq istəyirsinizsə, sizə Samsung Galaxy Watch Active 2 təklif edirik. Bu modelin çəhrayı rəngi xanımlar, qara rəngi isə bəylər üçün çox uyğun gələcək. Üstəlik saatın üz rəngini geyimizə uyğunlaşdıra bilərsiniz. Bunun üçün Samsung Galaxy Watch tətbiqində paltarınızın şəkilini çəkmək kifayətdir, tətbiq özü sizin geyinimizə uyğun dizayn variantları verəcək. Beləliklə, bir saatla hər dəfə fərqli görünə biləcəksiniz. Sonda isə bizdən sizə “life hack”: onun sizi görəndə nə qədər həyacanlandığını bilmək istəyirsinizsə, smart saatla ürək döyüntülərini yoxlayın ☺ 

4. Sevgi dolu anlarınızı əbədiləşdirin 

    Bizi yaşadan xoşbəxt olduğumuz anlardı. Bu anları əbədiləşdirən isə fotolardı. Deyilən fikirlə razınızsa, bu bayram bir-birinizə fotoaparat hədiyyə edə bilərsiniz. Sevdiyiniz xanım çəkilən şəkillərin anında çap olunma tərəfdarıdırsa, ona Instax mini 11 hədiyyə edin. Polaroid stilində çap olunacaq fotolar sizə hər zaman gözəl günlərin nostaljisini yaşadacaq. Üstəlik sevgi dolu şəkilləriniz ilə evinizin divarlarına xüsusi gözəllik əlavə edə bilərsiniz. 

    Rəqəmsal seçimlərin tərəfdarı olan bəylər üçün isə ən yaxşı hədiyyə Canon POWERSHOT SX540 ola bilər. Çünki o, bu çoxfunksional aparatla bütün xoşbəxt günlərinizin yüksək keyfiyyətli fotolarını çəkəcək. Sonra isə birgə fotoların içindən ən yaxşılarını seçib sosial şəbəkələrdə dostlarızla paylaşa biləcəksiniz. 

5. Onun üçün gözəlləşin

    Hər kəs sevdiyi insan üçün gözəl görünməyə çalışır. Qadınlar mütəmadi olaraq saçlarını düzəldir, kişilər isə saqqalını səliqəyə salır. Sevgililər Günü münasibətilə bir-birinizə edəcəyiniz hədiyyələr bu rutin işləri ən sevimli səhər ritualına çevirə bilər. Məsləhət görərdik ki, xanımlarınıza saçlarını tez bir zamanda düzləşdirə biləcək fen hədiyyə edəsiniz. Məsələn, daraq formasında olan Philips feni keramik örtüyünə görə saçlara maksimum qayğı ilə yanaşaraq, onları mükəmməl formaya sala bilir. Xanımlar isə öz növbəsində seçimlərini elektrik üz qırxanda saxlaya bilər. Çünki bu cihazla bəylər az vaxt sərf edərək, üzlərini tər-təmiz edə biləcəklər. 

6. Getdiyiniz hər yerə özünüzlə əyləncə aparın

    Əgər siz və könül yoldaşınız təmiz havada vaxt keçirməyi, kampa getməyi sevirsinizsə, portativ akustika sizin kimi cütlüklərə əla hədiyyə seçimi ola bilər. Çünki gəzintiləri maraqlı edən məhz elə musiqidir. Lakin macəraları sevənlər bilir ki, dağlara aparılacaq portativ akustika həm daşınmasında rahat, həm də suya, toza davamlı olmalıdır. Bütün bu xüsusiyyətləri JBL brendinin portativ akustikasında tapa bilərsiniz. Rəng çeşidi də boldur: adəti üzrə, xanımlara çəhrayı, bəylərə göy. Qıfıl formasında olan bu cihazları çox asanlıqla çantanıza və ya geyiminizə keçirib, üstünüzdə də gəzdirə bilərsiniz. “Artıq qıfılları körpülərə deyil, könüllərə musiqi ilə bağlayaq” deyib bu hədiyyəni bir-birinizə bağışlaya bilərsiniz. 

7. Sevginizlə bir-birinizi isidin

    Sevgililər Günü üçün romantik hədiyyələrdən biri də hamam xalatı ola bilər. Yumşaq xalat ilk növbədə istilik, rahatlıq və qayğı ilə assosiyasiya olunur. Üstəlik bu hədiyyə çox praktikdir, çünki uzun illər istifadə olunacaq. Hər istifadəsində də sizi xatırlayacaq. Beləliklə, sevginiz ona hələ uzun zaman özünü hiss elətdirəcək. Bir-birinizə qayğı göstərmək istəyirsinizsə, seçiminizi 100% pampıq olan Sarev brendinin xalatlarında saxlaya bilərsiniz. Linkə keçid edib həm kişilərin, həm də qadınların zövqünü oxşayacaq seçimlərlə tanış ola bilərsiniz.

    Sevindirən şəbəkəmiz Kontakt Home-da hər zövqə və büdcəyə uyğun geniş hədiyyə seçimləri ilə tanış ola bilərsiniz. Sizə ən yaxın Kontakt Home mağazasının ünvanı ilə buradan tanış olun. Hədiyyənizi onlayn sifariş vermək üçün kontakt.az-a daxil olun. Sifarişiniz hər zamankı kimi pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılır. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell bir daha qanvermə aksiyası keçirdi

Şirkət əməkdaşları talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara d..


ADA-nın 'Yay düşərgəsi' Azercell-də!

Lider mobil operator məktəbliləri rəqəmsal fəaliyyəti ilə tanış etdi


Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır!

İyul ayının 23-ü Tokio Olimpiadasının açılış mərasimi baş tutdu.


Azercell-in dəstəklədiyi 'Uşaq Qaynar Xətti' son yarım ildə 3000-ə yaxın zəng qə..

“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır..


Sahildə unikal formatlı elektronika mağazası təqdim olundu

Ölkənin lider şəbəkələrindən olan “Kontakt” smart konseptli “Sahil” mağazasını tam yeni formatda müş..

×