TamKart sahibləri ƏDV faizlərini  30 gün gözləmir

TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir

Reklam və Marketinq
09.03.2021 PAYLAŞIM

    Azərbaycan Beynəlxalq Bankının TamKart debet və ya kredit kart məhsuluna sahib olan şəxslər indi böyük bir üstünlük də qazanır. Bankın elan etdiyi yeni kampaniya çərçivəsində TamKart sahiblərinin ƏDV faizlərini geri almaq üçün hər ödənişdən sonra 30 günədək gözləmələrinə gərək yoxdur. Müştəri TamKart sahibi olduqda onun 100 manatadək bütün ödəniş qəbzlərinin ƏDV faizi “ƏDV geri al” kartına dərhal daxil olur. Bunun üçün müştəri sadəcə alış-verişdən sonra ona verilmiş qəbzi https://edvgerial.ibar.az portalında və ya IBA Mobile tətbiqində  oxutmalıdır.  Müştərinin bu kampaniyadan yararlanmaq üçün sadəcə TamKart debet və ya kredit kart sahibi olması yetərlidir. Onun alış-verişlərinə görə ödənişləri TamKartla aparması mühüm deyil. Kampaniya TamKart sahibinin həm müxtəlif kartlarla apardığı nağdsız alış-verişlərin, həm də nağd ödənişlərin ƏDV faizlərinə aiddir. Nağd ödənişlərdə ƏDV faizinin 10%-i, nağdsız ödənişdə isə 15%-i geri qayıdır. TamKartlılar üçün keçirilən bu kampaniya 6 aprel tarixinədək davam edəcək. 

    Bu kampaniyadan bütün TamKart sahibləri faydalana bilər. Bunun üçün sadəcə IBA Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud https://edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar.


    Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt' yeniyetmə qızlar üçün 'Her Improvement' İnkişaf Proqramına dəstək oldu..

Ölkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt”ın dəstəyi və “FemTech” platformasının təşki..


Əsl 'Black Friday' kampaniyası 'Kontakt'da-70%-DƏK ENDİRİMLƏR

İlin ən böyük qlobal endirim kampaniyası olan “Black Friday” “Kontakt Home”-da başladı!..


Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün ..

Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən “Azercell  Telekom” MMC 44 günlük..


Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatda!

Azercell görkəmli şairin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq


Azercell-dən yeni '010' nömrələri – 'Qaliblərin seçimi!'

Bu xüsusi buraxılışı lider mobil operator Zəfər bayramımıza həsr edir

×