main-post-cover

    Telefon IMEI-ni saxtalaşdıranlar istehsalçı və istehlakçı hüquqlarını kobud şəkildə pozurlar

    Digər
    Reklam və Marketinq
    10.12.2021
    Farid Pardashunas
        Son vaxtlar ölkəmizdə IMEI saxtalaşdırılması ilə bağlı QHT nümayəndələri, eləcə də ekspertlər həyəcan təbili çalırlar. Bunun bir sıra problemlər yaratdığı, eyni zamanda vətəndaşlarımıza orijinal adı ilə saxta telefon satıldığı deyilir.  
        Məlumat üçün bildirək ki, IME beynəlxalq GSM Assosasiyası tərəfindən ayrılan və hər bir telefon üçün fərqli olan 15 rəqəmli kodur. Telefonların qeydiyyata alınması, eləcə də cihazın şəbəkə ilə təmin olunması məhz bu kod vasitəsilə həyata keçirilir. Təəssüflər olsun ki, bəzi işbazlar qeydiyyat üçün tələb olunan rüsumu ödəməmək məqsədilə, həmçinin təlabatı nəzərə alaraq istehlaka yarasız olan və Beynəlxalq GSM Assosasiyası tərəfindən dəstəklənməyən mobil cihazları orijinal məhsul kimi bazarda təqdim edirlər.  
    Hüquqşünas Kaul Məmmədov açıqlamasında IMEI qeydiyyatının hüquqi əhəmiyyətlərinə aydınlıq gətirib:
        “IMEI kodunun surətinin köçürülməsi, yaxud da populyar dildə desək, IMEI klonlaması adi hall kimi görünsə də, bunun hüquqi öhdəlikləri var. Bilirsinizmi, Azərbaycanda mobil telefonların IMEI kodlarının qeydiyyatının həyata keçirilməsi Nazirlər Kabinetinin müafiq qərarına əsasən baş verir. Bu qərarın da əsaslandırılması var. Bu nə deməkdir? Yəni qərar heç nədən ortaya çıxmayıb. Nazirlər Kabinetinin bu qərarının əsaslandırılmasında 3 əsas istiqaməti diqqətinizə çatdırmaq istəyirəm:
    1.Terrorizmlə mübarizənin gücləndirilməsi;
    2.Telekommunikasiya sahəsinin bu istiqamətində hüquq-mühafizə tədbirlərinin təşkili;
    3.Telekommunikasiya sahəsinin bu istiqaməti üzrə bazar münasibətlərinin tənzimlənməsi.
        Gəlin ilk olaraq elə son qeyd etdiyimiz məsələyə aydınlıq gətirək. Qanunvericiliyə görə, ölkəyə mobil telefon gətirən sahibkar və ya fiziki şəxs IMEI qeydiyyatı zamanı dövlət rüsumu ödəyir. Bu da bazarda rəqabət mühitinin formalaşmasına şərait yaradır, monapoliyanın qarşısını alır. İndi təsəvvür edin biri ölkəyə minlərlə mobil telefon gətirir və bu cihazları qanunsuz yollarla qeydiyyatdan keçirir. Sizcə, bu zaman vergi verən sahibkarın hüququ pozulmurmu? Təbii ki, pozulur.
        İkinci məqam, telekommunikasiya sahəsinin bu istiqamətində hüquq-mühafizə tədbirlərinin təşkili məsələsidir. Bildiyimiz kimi, bu gün mobil telefonlardan istifadə geniş vüsət alıb, özü də hər gün bahalı qiymətə yeni model çıxır. Belə olan halda oğurluq haları da aktuallaşır. Yəni biri digərinin telefonunu oğurlaya bilər. Bu zaman telefonu olan şəxs polisə müraciət edir. Polis də oğurlanan telefonu IMEI kodu vasitəsilə tapır. İndi deyək ki, sizin oğurlanan telefonunuzun IMEI kodu saxtadırsa, yaxud da yoxdursa necə tapılacaq?! 
        Sonuncu və ən ciddi məsələlərdən biri isə terrorizimlə mübarizənin gücləndirilməsidir. Çox şükür ki, ölkəmizdə terrorizim meyilləri hiss olunmur. Bəlkə də var, amma aidiyyatı təşkilatlarımızın səyi nəticəsində bunu sadə vətəndaş hiss etmir. Burada məsələ daha da aydın olur. Yəni dövlət IMEI qeydiyyatını boşu-boşuna ortaya atmayıb, bu zərurətdir. Bu gün baxsaq görərik ki, kommunikasiya vasitələri arasında ən çox istifsadə olunan elə telefondur. Əlbətə ki, mobil telefona hansısa şəkildə dövlətin nəzarət etməsi bizim təhlükəsizliyimizə xidmət edir. Ayrıca, nəzarət deyəndə izləyicilərimiz elə başa düşməsin ki, onların telefonu dinlənir. Burada söhbət yalnız telefonun olduğu yerin təyin olunmasından gedir”.
    Ekspert hesab edir ki, IMEI saxtalaşdırılmasını istehsalçı və istehlakçı hququnun pozulmasıdır:  
        “Əlbəttə ki, qeyd etdiyim məqamlar istehlakçı hüquqlarının pozulmasıdır. Əgər vətəndaşın telefonu oğurlanan zaman IMEI saxtakarlığı ucbatından tapılmırsa, bu istehlakçı hüququnun kobud şəkildə pozulmasıdır. Digər məsələ, Sizinlə eyni IMEI-də olan telefonu işlədən terrorçunun izlənilməsi zamanı müəyyən problemlər yaşaya bilərsiniz. Daha aktual məsələ isə borc predmenti olan mobil telefonlardır. Təsəvvür edin gedib telefon almısınız və bu telefonun IMEI hansısa kreditdə olan mobil cihazın IMEI ilə eynidir. Sabah krediti ödəməyən “X” şəxsin telefonu bağlanılarsa, heç bir borcu olmayan vətəndaşında telefonu bağlanır. Çünki sistem orada telefonu hansısa adlarla ayırmır, IMEI kodu ilə görür və məhdudiyyət bu koda qarşı həyata keçirilir”.
        Qeyd edək ki, mobil telefonların IMEI kodunun saxtalaşdırılması istehlakçı hüquqlarının pozulması ilə yanaşı, həm də bir sıra digər problemə də səbəb ola bilər. Ekspertlər bildirirlər ki, saxta IMEI kodlu telefonlar müəyyən səbəblərdən bağlana da bilər. Belə ki, telefon itirilən və ya oğurlanan zaman tapılması üçün mobil operator tərəfindəm IMEI üzrə şəbəkədən ayrılır. Bu zaman şəbəkə ilə təmin olunmasına qadağa qoyulan IMEI ilə neçə telefon qeydiyyatdan keçirilibsə, hamısı bağlanır. 
        Bu problemləri də nəzərə alsaq, deyə bilərik ki, IMEI saxtakarlığı ilə məşğul olan işbazlar bir çox baxımdan istehlakçı hüquqlarını pozurlar. 
        Məlumat üçün bildirək ki, Azərbaycanda bu sahə ilə bağlı tənzimləyici qurum kimi Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) mövcuddur. Bu sistemin imei.az portalı üzərindən kodunun köçürülüb, köçürülmədiyini öyrənmək mümkündür. Bunun üçün zəng bölməsində *#06# kombinasiyasını yığmaq, daha sonra ekranda əks olunan IMEI kodu imei.az saytında axtarışa vermək lazımdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər