main-post-cover

    Texnoloji gələcəyi qurmağa davam edirik!

    Digər
    Reklam və Marketinq
    28.10.2022
    Farid Pardashunas
        “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq. Layihəyə qoşulacaq ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə edəcəklər. Bu təlimlərə tələbat məktəblilərimizin informatika üzrə uğurlarının artması nəticəsində yaranıb. 
        Daxil olan müraciətləri nəzərə alaraq, pilot layihə çərçivəsində 30 müəllimin 6 həftə ərzində dərslərə cəlb olunması nəzərdə tutulub. Son qeydiyyat tarixi 29.10.2022-dir. Seçmə imtahanda uğurlu nəticə göstərən müəllimlər bu proqrama qoşula biləcəklər. Dərslər onlayn formatda keçiriləcək.
        Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: 
        Bütün iştirakçılara uğurlar arzulayırıq!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər