Xalqımızın qəhrəmanlıq eposu 'Koroğlu' Azercell-in Audiokitab layihəsində!

Xalqımızın qəhrəmanlıq eposu 'Koroğlu' Azercell-in Audiokitab layihəsində!

Reklam və Marketinq
19.02.2021 PAYLAŞIM

    “Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir və dinamik şəkildə oxuculara çatdırılması sahəsində  növbəti təşəbbüslə çıxış edib. Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində isə xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib. Epos səsli formatda işlənib-hazırlanmış Azercell-in “Bookmate” mobil tətbiqinin “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənəcək. Belə ki, “Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloqer Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən “Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb.

    Nəzərinizə çatdıraq ki, 21 fevral tarixində bloqer Azər Qəribin rəsmi Facebook səhifəsində layihənin eksklüziv təqdimatı baş tutacaq. Layihəni, həmçinin, Azercell-in rəsmi Youtube kanalından da izləmək mümkün olacaq.  


    Qeyd edək ki, Azercell “Bookmate” mobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. “Bookmate” məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audio kitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Azercell bu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədək Azercell-in təşəbbüsü ilə onlarla əsər elektron və audio kitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl və rübailəri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audio Kitab” bölməsinə yüklənilmişdi.

    Azercell-in təqdimatında “Koroğlu” audiokitab layihəsi və digər faydalı materiallardan zövq almaq üçün  https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsilə Bookmate tətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar.
Layihəmizin davamını izləyin! 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Kontakt Home'un 5 mağazası yeni formatda – AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR..

Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt Home” – “20 yanvar”, “Gənclik”, “28may Smart”, “Ne..


'Dadashsoy Business School' -dan gənclər arasında sahibkarlıq vərdişlərini aşıla..

  “Dadashsoy Business School”un təşkilatçılığı ilə keçiriləcək “Limitsiz” tədbiri yeniyetmələr və gə..


Clubhouse Azərbaycanda - ölkəmizdə ilk sponsorlu və uduşlu Clubhouse otağı..

Son həftələr ərzində Clubhouse tətbiqi sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusu oldu. ..


Hadigro: Valideynlər üçün bütün uşaq fəaliyyətlərinin hamısı bir platformada..

Musiqi, incəsənət, idman, yemək bişirmək - övladlarınızın başqa hansı hobbiləri var? Hadigro, valide..


2020-ci ildə Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə 'Azer..

Məktəblilərimiz informatika fənni üzrə müxtəlif miqyaslı Beynəlxalq olimpiadalarda ölkəmizi uğurla ..


Azercell müharibədə iştirak edən tələbələrə təqaüd ayırdı

10 ildən artıq müddətdir ki, “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqr..

×