main-post-cover

    Azərbaycanın məşhur reklam agentlikləri 'GOLIGA' Futbol turnirində yarışacaqlar (QEYDİYYAT)

    08.09.2017
    Farid Pardashunas
    "GoLiga - Reklamçılar Liqası" Azərbaycandakı ən böyük reklam agentlikləri və production şirkətlərini bir araya gətirən bu sahədəki ən geniş əhatəli futbol turniridir. Liqa İlk mövsümdə 8 komanda ilə start götürəcəkdir.
    Komanda başına oyunçu sayı: 6 əsas və 4 ehtiyat olmaqla 10 oyunçuda ibarət olacaqdır. GoLiga-da mübarizə edəcək qruplar, hərəsində 4 komanda olmaq şərti ilə minimum iki qrup şəklində başlayacaqdır. Qruplarında ilk 2 sıranı alan komandalar bir sonrakı tura yüksələcəklərdir. GoLiga bu turun ardından tək oyunlu seçmə üsulu ilə davam edəcəkdir. 
    İştirak şərtləri 

    a. Reklam agentlikləri GoLigaya müstəqil olaraq da, birləşərək də qatıla bilər. 

    b. İşçilərin birləşən agentliklərin ən azından birində işləməsi məcburidir. 

    c. İki agentlik əgər birləşərsə komanda adında hər iki agentliyin adı yer alır. 

    d. GoLigada iştirak haqqı hər komanda üçün 400 AZN təşkil edir. 

    e. Hər komanda GoLigada ən azı 3 oyun oynayacaqdır. 

    f. GoLiganın ilk mövsümü 8 komanda yığıldığı halda 2017-ci ilin sentyabr ayı ərzində başlaması planlaşdırılır. 

    g. İştirak haqqı və qeydiyyatla bağlı digər məsələlər üçün Təşkilat Komitəsi ilə əlaqə saxlayın.
    Siz də bu ligada komandanıza təmsil olunmaq istəyirsinizsə dərhal qeydiyyatdan keçə bilərsiniz.
    Linki kopyala