Digital Marketing Conference 2017-dən xülasə

TEXNOLOGİYA


12.11.2017 0 PAYLAŞIM 715 OXUNMA


11 noyabrda keçirilən DMC17 da spiker olaraq çıxış etmək üçün dəvət almışdım. Burada hansı mövzuda insanlara daha faydalı ola biləcəyimi çox düşündüm. Nəticədə qərar verdim ki, rəqəmsal marketinqin bir təşkilatda uğurlu bir şəkildə tətbiq edilməsi problemini hədəf alım və onun  prinsipial konsptlərini təcrübə və teoriyalar ilə paylaşım. Haradasa 1 günümü məhz bu prezentasiyanın hazırlanmasına və məşqlərə sərf etdim. Məşqlərin əsas məqsədi çıxış edərkən nəzərdə tutduğum məlumatı dolğun bir şəkildə çatdırmağı nəzərdə tuturam. Bu arada bu çöx önəmli bir məsələdir. 

Konfransdan ayrılanda aşağıdakı xülasə ilə ayrılmış oldum.

  1. Konfrans təşklatçıları olan Rafiq bəy , Aysel xanım və bütün komanlarına təşəkkürlər. Həqiqətən də belə böyük bir zalı tam olaraq toplamaq və tədbiri hazırlamaq bundan daha yaxşı olması çox çətin idi. 
  2. İnsanlar həqiqətən də 30 manat ödəyib gəlmişdilər və maraq ilə izləyirdilər. Kütlə, sadəcə yemək var, kofe, cay var deyə gəlməmişdi. Həqiqətən də bazarda uğurlu şirkətlərin nümayəndələrindən tutmuş müxtəlif universitetlərin tələbələri də onlar arasında idi. Verilən suallardan da auditoriyanın səviyyəsi müəyyən qədər hiss olunurdu. Düzdü hər yerdə olduğu kimi , burada da mövzudan kənar suallar və replikalar olurdu. 
  3. Spikerlərin çoxu kontent, facebookda 100 minlərlə izləyici fenomeni, necə kontent hazırlamaq lazımdır və bunun ətrafında olan mövzulara çox geniş toxundular. Həqiqətən də bu mövzuda çox maraqlı çıxışlar var idi. Xeyli bəhrələndim. Amma tədbirin sonuna doğru mənim çıxışım nəzərdə tutulduğundan mən hiss edirdim ki, nə isə bir boşluq var. Rəqəmsal marketinq anlayışı tam əhatə olunmayıb, tam əks olunmayıb. Çünki internetdə Dİgital marketing yazınca bu danışılanlardan çox fərqli mövzular da orada görünür. 
  4. Mənim çıxışımda əslində data mininq haqqında mövzunu ümumi olaraq üzərindən keçmişdim və əsas fokusu rəqəmsal marketinqin uğurlu tətbiqinə hədəfləmişdim.  Çünki gözləntim o idi ki, kimsə bu mövzulara toxunmuş olacaq. Lakin gələn suallardan mən başa düşdüm ki, insanların istəyi həvəsi data və lean üzərinədir. Bu mövzuda əlavə danışmaq lazımdır. Muzakirələr etmək lazımdır. 
  5. İnsanların spikerlərdən axtardıqları faydalı, praktiki məlumat və eləcə də yumor idi. Məsələ orasındadır ki, yalnız yumor ilə də işi bitirmək olmaz, bunların qarışığını uğurlu etmək lazımdır ki, lazımı effekti əldə edə biləsiniz. Məhz belə də oldu. 
  6. İştirakçıların yemək fasiləsi zamanı 8 paralel sırada durması əslində məni biraz məyus etdi. Sırada durma mədəniyyətinin hələ də tam oturmadığını hiss etdim. Amma bunun yanında həqiqətən də sırada normal duran və səbrlə gözləyənlər az deyildi. 
  7. Baş Sponsor SuperSun öz işini yaxşı gördü. Onları alqışlayıram. Bircə prezentasiya uzun və insanların fərqli düşüncələrinə səbəb oldu. Adətən sponsor olanda prezentasiya etmək daha ağır olur, çünki insanlar sənin hər dediyini reklam olaraq qəbul edirlər. Bu da təbii mudafiə yaradır. 
  8. Ekspert Vahid müəllimi tanımırdım, ilk dəfə o tədbirdə rastlaşdım. Ağıllı və bacarıqlı insandır. Onun profilinə baxınca da bu fikrə gəlmək asandır. Amma bəzi hallarda haqlı bir şəkildə zamanı durdurmağa çalışanda məcburən (və ya təsadüfən) hansısa kobud səslənə biləcək formada saxlamağa məcbur olurdu. Son spiker ilə isə əməlli başlı söz muharibəsinə çıxmağı doğrusı ayıb saydım. Məcbur olub özüm mudaxilə edib, spikerin dediklərində haqq məqamlarını vurğuladım. Bir qədər eskpert mövzusunda prinsipləri dəqiqləşdirmək lazımdır. 


Ümumilikdə bəyəndim və həqiqətən də uğurlu bir tədbir olduğunu düşünürəm. Xeyirli və uğurlu davamını diləyirəm. 


Hörmətlə, 

İmran Bağırov