Qarabağ FK - Atlético Madrid oyunu zamanı 'Google'da Qarabag axtarışları pik həddə çatıb - (Technote Report)

21.10.2017 0 PAYLAŞIM 3841 OXUNMA

    "Qarabağ FK"ın Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparması, ölkə adına həm uğurlu PR həm də çox yaxşı bir tanıtım olduğu hamıya məlumdur. Belə bir vəziyyətdə bu adın dünya mediasında Azərbaycan klubu kimi hallandırılması bəlkə də bizə futbol sevincindən daha çoxunu yaşatdı. Belə ki, illərdir gedən informasiya müharibəsində Qarabağın Azərbaycan ərazisi olmasını dünyaya tanıtmaq adından, bu hadisənin ən uğurlu orqanik kampaniya olduğunu deyə bilərik.

    Dünyanın müxtəlif yerlərindən "Google"da Qarabağ adının axtarılması əslində dünyaya bir həqiqəti çatdırdı. Qarabağ Azərbaycan klubudur və Azərbaycan torpaqlarıdır. Dünya mediasında bütün ermənipərəst yazarların cəhdlərinə baxmayaraq, məşhur mənbələrin heç birində Qarabağ adına saxta məlumatlar yer almadı. İstər Wikipedia, istərsə də İspaniyanın məşhur qəzetlərində yer alan məlumatlar tam doğruluqla oxucuya çatdırıldı. Yayılan yanlış informasiyalar isə həm dövlətin həm də səfirliklərin işə müdaxiləsi ilə qısa zaman ərzində doğru istiqamət aldı.

    Qarabağın son oyunları "Google"da bu haqda axtarışların daxil edilməsinə səbəb olub. Belə ki, "Google Trends"in yayımladığı məlumatlara görə, klubun Çempionlar Liqasının qrup mərhələsində baş tutan oyun günlərində "Google"da Qarabağ açar sözü axtarışları pik səviyyəyə çatıb. Technote.az olaraq "Google Trends"də apardığımız analizləri sizlərə təqdim edirik.

18 Oktyabr - Qarabağ FK - Atlético Madrid


    Statistikadan göründüyü kimi, 18 Oktyabr baş tutan oyunda "Google" axtarışlarının qrafikasında "Qarabag" açar sözünün axtarışı pik həddini yaşayır. Uyğun olaraq axtarış nəticələrinə görə ən çox oxunan yazıların siyahısı isə aşağıda qeyd olunub.

    Nəticələr qlobal miqyası əhatə edir. 18 Oktyabr üçün sadəcə İspaniyada olan axtarış nəticələrinə nəzər saldıqda isə aşağıdakı nəticəni almış oluruq.

    İspaniyanın müxtəlif subregionlarından edilən axtarış nəticələrinə görə 18 Oktyabr tarixində hamının marağını cəlb edən klub Qarabağ FK olub. Burada ən çox oxunan məlumat isə Qarabağ Futbol Klubunun Wikipedia səhifəsində yer alan məlumatları olub. Həmin günə olan digər bir statistikaya görə isə Qarabağ FC, AS RomaChelsea klublarını İspaniyadan olan axtarış nəticələrində qabaqlayıb.

    Ümumi olaraq son 3 aylıq statistikaya nəzər saldıqda Qarabağın Çepionlar Liqasının qrup mərhələsində keçirdiyi oyunların hər birində Google axtarış nəticələrində müəyyən yüksəliş açıq-aşkar görünür. Son 3 ay ərzində dünya üzrə "Qarabag" açar sözünün axtarışlarına nəzər salan qrafika baxsaq, əslində komandamızın bu mərhəlyə gəlib çatmasının nə qədər əhəmiyyətli olduğunu görə bilərik.

    İstər məğlubiyyət istərsə də Türkiyə mediasında son günlər söz-söhbətə səbəb olan son xəbərlər bizim statistikalarımızı və uğurlarımızı kölgədə qoya bilməz. Nə qədər təxribat və dezinformasiya yaymağa cəhd olsa da, ən sonda həqiqətləri elə Google bizə deyir. İnformasiya müharibəsində bu an etibarilə nüvə silahına sahib olduğumuzu deyə bilərik.