main-post-cover

    2022-ci ildə istifadəçilərin Google Search-də ən çox axtarış etdikləri mövzular hansılar olub?

    Proqram Təminatı
    Servislər
    09.12.2022
    Farid Pardashunas
        Google şirkəti artıq bitməsinə az qalmış 2022-ci ilin yekunlarını tərtib etməyə başlayıb. Belə ki, şirkət son 12 ay ərzində bütün dünyadan olan istifadəçilərin Google Search-də ən çox axtarış etdikləri mövzuların reytinqini tərtib edib. Bütün axtarış sorğuları müəyyən kateqoriyalar üzrə sıralanıb. Beləliklə son 12 ay ərzində Google Search-də insanların ən çox axtarmış olduqları mövzular aşağıdakı kimidir:
    - Wordle (brauzerdə işə salınan söz oyunu)
    - India vs England (kriket üzrə dünya çempionatı çərçivəsində Hindistan ilə İngiltərə qarşıdurması)
    - Ukraine
    - Queen Elizabeth
    - India vs South Africa (kriket üzrə dünya çempionatı çərçivəsində Hindistan ilə Cənubi Afrika qarşıdurması)
    - World Cup
    - India vs West-Indies
    - iPhone 14
    - Jeffrey Dahmer (amerikalı seriyalı qatil)
    - India premier league (Hindistanın kriket üzrə professional liqası).
        2022-ci il üzrə istifadəçiləri xəbərlər bölməsində ən maraqlandıran mövzular Ukrayna ilə Kraliça II Elizabet olub. Məşhur şəxslər arasında axtarış sorğularında ən çox adı axtarılmış şəxs məşhur aktyor Johnny Depp olub. Filmlərə gəldikdə isə istifadəçilər ən çox “Thor: Love and Thunder” flmi barəsində məlumatlar axtarıblar. Ən çox axtarılmış serial isə “Euphoria” olub. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər