Adobe audio kontentlərin keyfiyyətlərini yaxşılaşdırmağa imkan verən pulsuz servisi istifadəyə verib
Servislər
03.01.2023
Emil Nəcəfov
Adobe şirkəti Enhance Speech adlı yeni servisi istifadəyə verib. Sözügedən servis öncədən yazılmış audio kontenti süni zəka alqoritmləri vasitəsilə kənar küylərdən təmizləyir və audio kontentin ümumi keyfiyyətini yüksəldir. Servis artıq hamı üçün aktivdir və ondan pulsuz istifadə etmək olar. Adobe şirkətinin verdiyi məlumata əsasən Enhance Speech servisi orta keyfiyyətli mikrofon vasitəsilə yazılmış audio kontentin keyfiyyətini elə dərəcədə yaxşılaşdırır ki, sanki audio kontent professional studiyada yazılıb.
Xəbərin əvvəlində də qeyd edildiyi kimi servisdən pulsuz istifadə etmək olar. Lakin ondan istifadə üçün Adobe istifadəçi hesabına sahib olmaq mütləqdir. İstifadəçilər 1 GB həcmə sahib 1 saatlıq audio kontenti MP3 və ya WAV formatında servisə yükləyə bilərlər. Faylın həcmindən asılı olaraq yüklənmiş audio kontentin keyfiyyətini yüksəltmək bir neçə dəqiqə vaxt apara bilər. Məlumata əsasən Enhanced Speech servisi Adobe Podcast layihəsinin bir hissəsidir. Bu layihə isə öz növbəsində podkast yaradıcıları üçün nəzərdə tutulub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
Huawei Mate XT ULTIMATE DESIGN adlı 3 qat qatlana bilən smartfon təqdim edilib - QİYMƏTİ