main-post-cover

    Adobe mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Firefly adlı servisini təqdim edib (VİDEO)

    Proqram Təminatı
    Servislər
    21.03.2023
    Farid Pardashunas
        Adobe şirkəti DALL-EMidjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq istəmədi və bu səbəbdən də o, Firefly adlı yeni servisini təqdim edib. Adobe şirkətinin bu servisi mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi ilə yanaşı tərtib edilmiş fotoların dərhal redaktə edilməsi imkanını verir. Firefly servisi Adobe şirkətinin keçən il Photoshop, Express Lightroom tətbiqləri üçün təqdim etmiş olduğu süni zəka əsaslı generativ alətlərin genişləndirilmiş versiyası rolunda çıxış edir. Hal hazırda sözügedən yeni servis beta test mərhələsindədir və ondan pulsuz şəkildə istifadə etmək üçün istifadəçi şirkətin rəsmi saytında sorğu göndərməlidir.
        Şirkət gələcəkdə süni zəka əsaslı generativ alətlərini digər tətbiqlərinə inteqrasiya etməyi planlaşdırır. Adobe xüsusi olaraq qeyd edib ki, öz neyron şəbəkəsinin təlimatlandırılmasında o heç bir müəllif hüququnu pozmayıb. Bu isə o deməkdir ki, neyron şəbəkəsinin təlimatlandırılmasında heç bir rəssamın əsərindən istifadə edilməyib. Şirkət bunun yerinə müəllif hüquqları tərəfindən qorunmayan, təlimatlandırmada istifadə üçün lisenziyalaşdırılmış və Adobe Stock-un kataloquna daxil olan fotolardan istifadə edib. Bu üsul ilə şirkət özünü rəssamlardan olan biləcək potensial narazılıqlardan qoruyur. Nəticədə şirkətin yeni neyron şəbəkəsi unikal kontent tərtib edir və hər hansısa bir brendin məhsulunu təkrarlamır. Çünki neyron şəbəkəsi təlimatlandırma prosesi çərçivəsində həmin məhsullarla qarşılaşmayıb.
        Bununla belə şirkət neyron şəbəkəsinin təlimatlandırılmasında fərdi kontentlərini təqdim etməyə hazır rəssamlara ödəniş etməyə də hazırdır. Firefly tərəfindən tərtib edilmiş fotolar qismən və ya tamamilə süni zəka tərəfindən tərtib edilmiş fotolara aid olduqlarına işarə edən metaməlumatlara sahib olacaqlar. Servisin imkanlarına gəldikdə isə onlar olduqca genişdirlər. Firefly mətn formatında təsvirlər əsasında fotolar tərtib etmək və ya artıq mövcud olan fotolarda müxtəlif növ rəsm tərzlərini reallaşdırmaqla yanaşı həmçinin fotoların detallı şəkildə redaktə edilməsi imkanını verir. Təqdim edilmiş nümunələrdə görmək olar ki, Firefly vasitəsilə fotolardakı insanların paltarlarını, üz ifadələrini, emosiyalarını, gülüşlərinin nə dərəcə enli olmalarını, saç növlərini və s. özəlliklərini dəyişmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər