main-post-cover

    Analitiklər: 'ChatGPT adi istifadəçilərə lazımlı deyil'

    Proqram Təminatı
    Servislər
    12.06.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı ChatGPT çat-botu istifadəyə verilən andan bütün dünyada tez bir zamanda məşhur oldu. Çat-botu yaratmış OpenAI şirkətinin tərtibatçıları isə daimi şəkildə çat-botun üstünlükləri barəsində məlumat verirlər. Nəticədə elə bir hiss yaranır ki, sanki ChatGPT-dən dünyanın bütün insanları istifadə edir. Lakin Morgan Stanley şirkətinin analitiklərinin təqdim etmiş olduqları hesabata əsasən süni zəkanın adi istifadəçilərin həyatlarına təsir göstərməsi fikri olduqca şişirdilib.
        2000 nəfər insanın iştirak etmiş olduğu sorğunun nəticələrinə əsasən onların yalnız 19%-i ChatGPT-dən istifadə ediblər. 19%-in isə cəmi 4%-i süni zəka əsaslı çat-botdan hər gün istifadə edir. Sorğuda iştirak etmişlərin 9%-i ChatGPT-nin alternativi olan Google Bard-a üstünlük verib. Bununla yanaşı sorğuda iştirak etmişlərin böyük hissəsi OpenAI şirkətinin məhsulu barəsində mənfi fikirlərə sahib olublar. Onların fikirlərinə əsasən ChatGPT sadəcə olaraq ictimaiyyətin beynini yumaq üçün nəzərdə tutulmuş növbəti bir alətdir.
        Morgan Stanley şirkətinin mütəxəssisləri bildiriblər ki, hal hazırda süni zəka əsaslı çat-botlar adi istifadəçilərə deyil, daha çox texnoloji şirkətlərin investorlarına maraqlıdırlar. Statistikaya əsasən internetdə hər hansısa məlumatın axtarılması prosesində süni zəkadan istifadə intensivliyi yüksəlib. Lakin online alış-verişlərin və məhsulların satış qiymətlərinin müqayisə edilməsi məsələsinə gəldikdə, süni zəkanın statistik göstəriciləri olduqca aşağıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər