App Store-da geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmamış tətbiqlər istifadəyə veriləcək
Proqram Təminatı
Servislər
31.01.2022
Farid Pardashunas
App Store tətbiqlər mağazası ilə bağlı demək olar istənilən məsələdə Apple indiyənə kimi çox konservativ şirkət idi. Lakin son zamanlarda Apple bu mövzuda bəzi güzəştlərə getməyə başlayıb. Beləliklə App Store-un yeni siyasətinə əsasən tətbiq tərtibatçıları sözügedən platformada ənənəvi üsullarla əldə edilməsi mümkün olmayan tətbiqləri yerləşdirə biləcəklər. Apple şirkətinin saytının dəstək xidməti bölməsində genişmiqyaslı istifadə üçün nəzərdə tutulmamış tətbiqlərin App Store platformasında yerləşdirilməsi imkanı ilə bağlı məlumat təqdim edilib. Bu cür tətbiqlər platformanın kataloqunda, kateqoriyalar siyahısında, məsləhət görülən tətbiqlər bölməsində və axtarış panelində əks olunmurlar. Bununla belə həmin tətbiqlər App Store mağazasının çalışdığı hər bir regionda mövcuddurlar.
Bu cür tətbiqləri yükləmək üçün xüsusi linklərə keçid etmək lazımdır. Apple şirkətinin sözlərinə əsasən istifadə genişliyi üzrə məhdudlaşdırılmış bu cür tətbiqlər xüsusi qapalı tədbirləri keçirtməyi planlaşdıran təşkilatlar və ya geniş kütlənin görməsi üçün nəzərdə tutulmamış müəyyən tədqiqatların aparılması üçün faydalı ola bilərlər. Məlumatda qeyd edilib ki, sözügedən tətbiqlər App Store platformasının standart təhlükəsizlik yoxlanışından keçəcəklər və onlar platformanın bütün qaydalarına uymalıdırlar. App Store-da açıq şəkildə yayılan tətbiqlərin tərtibatçıları şirkətə sorğu göndərərək öz tətbiqlərinin statuslarını gizliyə dəyişə bilərlər. Bundan əlavə olaraq şirkət bu cür tətbiqlərin tərtibatçılarına istifadəçilərin əlavə yoxlanış üsulları üzərində çalışmalarını da məsləhət görüb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)