main-post-cover

    Apple istifadəçilərin iCloud Photos-dakı fotolarının qalmaqallı skan funksiyasından imtina edib

    Proqram Təminatı
    Servislər
    08.12.2022
    Farid Pardashunas
        Hələ 2021-ci ildə Apple şirkəti uşaqların təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulmuş bəzi tədbirləri anons etmişdi. Onların arasında istifadəçilərin iCloud Photos-dakı özəl fotolarının skanı da mövcud idi. Sözügedən skan prosesi Child Sexual Abuse Material (CSAM) Detection sistemi vasitəsilə reallaşdırılırdı. Sözügedən sistem uşaqlara qarşı zorakılıq hallarını təyin etməyə imkan verir. Bu sistem öz növbəsində hüquq müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid olunmuşdu. Belə ki, onların fikirlərinə əsasən istifadəçilərin iCloud Photos-dakı özəl fotolarının skan edilməsi istifadəçilərin konfidensiallıqlarına birbaşa zərər vurur. Bu cür tənqidlərdən sonra Apple CSAM sisteminin tətbiqini bilinməyən müddətə kimi təxirə saldı.
        İndi isə məlum olub ki, şirkət sözügedən sistemin inteqrasiyasından umumiyyətlə imtina edib. Əlavə olaraq Apple iCloud-da məlumatların end-to-end şifrələnməsi üçün nəzərdə tutulmuş Advanced Data Protection proqramını anons edib. CSAM Detection sistemi anons olunan zaman Apple bildirmişdi ki, iCloud Photos-dakı qəbuledilməz kontentləri istifadəçilərin birbaşa cihazlarında təyin etmək mümkün olacaq. Məlumatda qeyd edilmişdi ki, bu, NeuralHash adlı texnologiya vasitəsilə reallaşdırılır. Bu texnologiya faktiki olaraq tərkib hissəsi əsasında bu və ya digər fotonun rəqəmsal identifikatorunu yaradır.
        Əgər identifikator uşaqların istismarı ilə bağlı olan fotolar bazasındakı hansısa fotonun identifikatoru ilə üst-üstə düşürsə, bu barədə məlumat Apple serverlərinə ötürülür. Daha sonra Apple daxilində daha bir yoxlanış aparılır. Nəticədə Apple şirkətinin CSAM Detection sistemi istifadəçilər, mütəxəssislər və hüquq müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid olundu. Belə ki, uşaqlara qarşı zorakılıq hallarının axtarışı üçün nəzərdə tutulmuş bu sistem rahatlıqla digər növ kontentlərin axtarışı üçün də ayarlana bilər. Apple öz növbəsində sözügedən sistemi istifadəyə vermədən ondan imtina etməli oldu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər