Apple öz ekosistemini kənar tətbiq mağazaları üçün məcbur açmalı olacaq

Apple öz ekosistemini kənar tətbiq mağazaları üçün məcbur açmalı olacaq

Servislər
08.09.2023 PAYLAŞIM

    Avropa Komissiyası bazar monopoliyası baxımından ən təhlükəli olan şirkətlərin və servislərin siyahısını təqdim edib. Təqdim edilmiş siyahıdakı şirkətlər və servislər gələcəkdə sərt nəzarət altına alınacaqlar. Beləliklə siyahıya Alphabet (Google şirkətinin sahibi), Amazon, Apple, Meta Platforms, Microsoft ByteDance (TikTok-un sahibi) şirkətləri daxil olublar. Bu şirkətlər ümumilikdə 22 ədəd servisə sahibdirlər və həmin servislər 24 mart 2024-cü il tarixindən başlayaraq Avropa Birliyinin rəqəmsal bazarlar ilə bağlı DMA adlı qanununa riayət etməli olacaqlar. DMA qanununun əsas məqsədi Avropa Birliyinin böyük texnoloji şirkətlərin bazardakı hakimiyyətlərini cilovlamaqdır.


    Sözügedən qanun layihəsi çərçivəsində böyük texnoloji şirklətlər öz platformalarını daha açıq etməli və bazarda yalnız öz məhsullarının üstünlükləri hesabına rəqabət aparmalıdırlar. Məsələn şirkətlərin sahib olduqları əməliyyat sistemləri kənar tətbiq mağazalarından istifadəni mümkün etməli, rərəmsal kontentlərin istifadəçilər arasında yayılmasına imkan verən platformalara sahib şirkətlər isə tərtibatçılara fərdi məhsullarında kənar ödəniş sistemlərindən istifadəyə icazə verməlidirlər.

    Bu isə o deməkdir ki, məsələn Apple şirkəti iOS-i kənar tətbiq resursları və ödəniş sistemləri üçün açmaq məcburiyyətində qalacaq. DMA-nın siyahısına daxil olan servislərə gəldikdə isə bura TikTok, Facebook, Instagram LinkedIn sosial platformaları, Facebook MessengerWhatsapp messencerləri, Google Play, Google Maps, Google Shopping, Amazon Marketplace, App Store Meta Marketplace servisləri, Youtube, Google, Amazon Meta-nın reklam servisləri, Google Search axtarış sistemi, Google Chrome Apple Safari brauzerləri, Android, iOS Windows əməliyyat sistemləri daxildirlər. 



DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×