main-post-cover

    Azercell uşaqlar üçün 'Mobil TV' xidmətini istifadəyə verdi

    Proqram Təminatı
    Servislər
    04.06.2020
    Emil Nəcəfov
        Azercell Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yeni xidməti təqdim edib. “NNTV Mobil TV” xidmətində yeni “Kids” (“Uşaqlar”) paketi istifadəyə verilib. Fakturalı və fakturasız xətt abunəçiləri tətbiqdə dünyanın ən sevilən və popyular uşaq TV proqramlarını izləyə biləcəklər. 
        “NNTV Kids” paketində Disney, Boomerang, Cartoon Network, Nickelodeon HD, TRT Cocuk, Detskiy mir, Karusel, Discovery Channel HD kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir. 
        “NNTV Kids”ə qoşulmaq üçün telefonun ekranında sadəcə *425#YES yığmaq və ya “K” açar sözünü 4040 qısa nömrəsinə göndərmək kifayətdir. Xidmətə birinci dəfə qoşulanlara ilk 7 gün pulsuz istifadə imkanı hədiyyə edilir. 
        Ətraflı məlumat və uşaq paketinə daxil olan kanalların siyahısı ilə tanış olmaq üçün 177 nömrəsinə zəng etmək olar.  
        Azercell-in “Mobil TV” xidməti abunəçilərinə istədikləri yerdə istədikləri zaman sevilən kanalları canlı olaraq izləmək imkanı verir. Qeyd edək ki, “İdman Paketini” də ayrıca təqdim edən NNTV tətbiqi 200-dən çox baxımlı telekanalı əhatə edir. 
    Linki kopyala