main-post-cover

    Bing axtarış sisteminin süni zəka əsaslı çat-botunda istifadəçilər üçün aktiv olmayan gizli rejimlər aşkar edilib

    Proqram Təminatı
    Servislər
    21.02.2023
    Farid Pardashunas
        Keçən həftə ərzində istifadəçilər ChatGPT-nin təməlində olan dil modeli əsasında çalışan süni zəka əsaslı çat-bota sahib yenilənmiş Bing axtarış sistemini aktiv şəkildə test etdilər. Heç gözlənilmədən məlum olub ki, Bing axtarış sisteminin çat-botu bəzi istifadəçilər üçün öz sirlərini açmağa hazırdır. Söhbət, adi istifadəçilər üçün nəzərdə tutulmamış xüsusi rejimlərdən gedir. Microsoft şirkətinin yenilənmiş Bing-dən istifadəyə sərt məhdudiyyətlər tətbiq etməmişdən öncə Bleeping Computer adlı saytın baş redaktoru Lawrence Abrams çat-bot üçün hiyləgər sualların tərtib edilməsinə bir xeyli zaman sərf edib. Bunun sayəsində çat-bot üçün nəzərdə tutulmuş bəzi əmrləri aşkar etmək mümkün olub.
        Aşkar edilmiş əmrlər isə yalnız şirkət əməkdaşları üçün olan gizli rejimlərdən birinin aktivləşdirilməsini reallaşdırırlar. Məlum olub ki, Bing-ə inteqrasiya edilmiş çat-bot bir neçə çalışma rejiminə sahibdir. Həmin rejimlərin adları və onların funksionallıqları isə bu cürdür: Sidney (çat-botun standart versiyası), assistent (biletlərin blonlaşdırılmasına yardımçı olur, istifadəçi tərəfindən təyin edilmiş vacib hadisələri istifadəçiyə xatırladır, hava proqnozunu yoxlayır və istifadəçi tərəfindən təyin edilmiş parametrlərə əsasən elektron məktublar göndərir) və oyun rejimi (istifadəçi ilə birlikdə qəliz olmayan oyunlar oynamaq üçün nəzərdə tutulub).
        Rejimlərin arasında həmçinin Friend adlı rejim də aşkar edilib və o, daha çox diqqəti cəlb edib. Lawrence Abrams çat-bot ilə ünsiyyət zamanı özünü qəmgin uşaq kimi təqdim edən zaman çat-bot onunla dialoqu dəstəkləyib və həmyaşıdlarla əlaqələrin qurulmasına həsr edilmiş məsləhətlərdən ibarət siyahını təqdim edib. Nəticədə şirkət əməkdaşları Abrams-ın istifadəçi hesabını boklayıb və qeyd ediblər ki, əlavə rejimlər yalnız şirkət əməkdaşları və tərtibatçıları üçün aktivdir. Daha sonra Microsoft Bing-dəki çat-botdan istifadədə məhdudiyyətlər təyin etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər