main-post-cover

    Brauzerlərin qlobal statistikası təqdim edilib

    Proqram Təminatı
    Servislər
    07.08.2023
    Farid Pardashunas
        Statcounter adlı servis stolüstü kompüterlər üzrə brauzerlərin qlobal statistikasını təqdim edib. Təqdim edilmiş statistika istifadəçilər arasında hansı brauzerin daha çox məşhur olduğunu sərgiləyir. Daha əvvəllər də olduğu kimi statistikanın lideri dəyişilməz olaraq qalır. Belə ki, birinci yerdə Google Chrome brauzeri qərarlaşıb. İyul ayına olan statistikaya əsasən o, brauzerlər bazarının 63.33%-nə sahibdir. İkinci yeri 13.13% göstərici ilə Apple Safari, üçüncü yeri 10.76% göstərici ilə Microsoft Edge, dördüncü yeri 5.96% göstərici ilə Mozilla Firefox, altıncı yeri isə 4.48% göstərici ilə Opera tutub. Məlumatda həmçinin qeyd edilib ki, iyul ayında Microsoft Edge statistikada qalxa bilməyib. Lakin Google Chrome bazarın əlavə 3%-ni özünə tərəf çəkə bilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər