main-post-cover

    Bu 4 tətbiq həyatını dəyişəcək - Tech-Help

    Proqram Təminatı
    Servislər
    08.08.2022
    Farid Pardashunas
        Həyatımızı dəyişəcək və bir növ daha yaxşı yaşamağımıza səbəb olacaq tətbiqlər rubrikamızda bu dəfə gündəlik vərdiləşlirimizi dəyişən 4 funksional tətbiqdən danışırıq. Azercell-in təqdimatında Tech-Help-ə baxırsınız.

        Siyahımızın başında dünyaca məşhur Flamy əlavəsi gəlir. Bu tətbiq siqareti tərgitmək istəyən şəxslər üçün əsl motivasiya mənbəyidir. Tətbiqə ilk daxil olduqda, gündəlik siqaret çəkmə sayınızı, siqaretin qiymətini və fiziki göstəricilərinizi qeyd edirsiniz. Bundan sonra bu məlumatları qeyd etdiyiniz günü tətbiq siqareti tərk etdiyiniz gün kimi təyin edir. Siqaret çəkmədiyiniz hər gün isə bu tətbiq sizin sağlamlığınızda olan irəliləyişləri, büdcənizdə ettiyiniz qəanətləri statistika formasında göstərir. Məsələn, ekranda gördüyünüz bu görüntü bizim ofisin bir əmdaşının statistikasıdır. 227 gündür siqarət çəkməyən əməkdaşımız 239 dollar büdcəyə qənaət edib və sağlamlıq göstəriciləri ciddi şəkildə müsbətə doğru dəyişib. Deyək ki, dözməyib, siqaret çəkdiniz, bəs onda nə olacaq? Problem yoxdur, sadəcə çəkən zaman bunu tətbiqə əlavə edin. Tətbiq sizin istəkləri hesablayıb, davamlı bildirişlər ilə məsləhətlər verəcək. Sözü gedən əlavə həm iOS həm Android cihazlar üçün tətbiq mağazalarında mövcuddur.
        Nömrə 2: Money Lover - ən yaxşı maliyyə idarəsi tətbiqlərindən biri olan bu əlavə müxtəlif kateqoriyalar yaratmaqla gündəlik xərclərinizi qeyd eləmək üçün bir platforma təqdim edir. Siz hər gün xərclərinizi bura əlavə etməklə, ay, rüb və il sonu üçün geniş statistiakalar tərtib edə bilərsiniz. Tətbiqin əsas üstünlüyü yaxşı qrafik interfeysinin olması və hesabatları anlıq olaraq verməsidir. Əlavə olaraq siz bu proqramda bir neçə pul qabı yaradıb idarə edə, eyni zamanda xarici səfərləriniz üçün xüsusi modlar yarada bilərsiniz. Bu tətbiqdən istifadə etməklə aylıq olaraq qidaya, benzinə, ictimai nəqliyyata, sağlamlıq, idman, kommunal və digər xərclərə nə qədər vəsait xərclədiyinizə nəzarət edə və burada təqdim olunan nəticələr ilə optimallaşdırmalar apara bilərsiniz.
        Nömrə 3: Anydo - Gününüzü, həftənizi hətta aylıq işlərinizi planlaşdırmaq üçün ən yaxşı xatırlatma və tapşırıq tətbiqlərindən biri, hətta mənə görə birincisi. Bu tətbiq imkan verir ki, xüsusi kateqoriyalar yaratmaqla işlərinizin bölgüsünü aparasınız və həmin işlərə uyğun tapşırıqları öz kateqoriyasında qeyd edəsiniz. Anydo-nun əsas üstünlüyü ondan ibarətdir ki, yaratdığınız tapşırıqlar daxilində alt tapşırıqlar da yaratmaq olur. Əlavə olaraq yaradılan qeyd və tapşırıqlara başqa şəxsləri də cəlb etmək mümkündür. Xüsusi işarələr ilə önəmli və vacib işlərinizi ön plana çıxarmaq və onlara fokuslanmaq kimi bir xüsusiyyət də var. İnterfeys sadədir və çox rahatdır, əsas imkanlar isə pulsuz.
        Nömrə 4: HabitNow - əgər siqaret kimi tərgitmək istədiyiniz başqa pis vərdişiniz yaxud davamlı olaraq əməl etmək istədiyiniz aktivlikləriniz varsa, bu tətbiq həyatınızı çox asanlaşdıracaq. HabitNow əlavəsi vərdişləriniz və aktivlikləriniz üçün planlar qurmağa və vaxtlı-vaxtında oların icrasına nəzarət etmək üçün hazırlanıb. Deyək ki, gündəlik qaçışınız, gəzintiniz, həftəlik dərs planınız yaxud sağlamlıq prosedurunuz varsa, buları tətbiqə əlavə edib, vaxtlarını təyin edirsiniz. O vərdişləri təkrarlatmaq, sizə bildiriş göndərmək və statistikasını qeydə almaq isə HabitNow-nun işi olacaq. Yaxud başqa bir misal - energetik içki, alkoqol, fast food aslılıqlarınızı “Quit bad habbit” başlığı altında seçməklə eynilə Flamy əlavəsində olduğu kimi vərdişlərinizdən uzaqlaşmaq üçün motivasiya başlada bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər