main-post-cover

    ChatGPT bundan sonra istifadəçi barəsində vacib özəllikləri xatırlaya biləcək

    Proqram Təminatı
    Servislər
    21.07.2023
    Farid Pardashunas
        OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu üçün Custom Instructions adlı yeni funksiyanın beta testini işə salıb. İstifadəçi sözügedən yeni funksiya vasitəsilə özü barəsində məlumatları çat-bota təqdim edə və bununla da onun ayarlarını təyin edə bilər. Yeni funksiya ChatGPT Plus-ın Böyük Britaniya və Avropa Birliyi regionlarından başqa digər bütün ölkələrin istifadəçiləri üçün aktivləşdirilib. Yeni funksiya çat-bota ünvanlanan sualların əvvəllərində qeyd edilən giriş hissəsindəhn imtina etməyə yardımçı olacaq.
        ChatGPT üçün özündə lazımi kontekstləri və məlumatları birləşdirən uzun sualın tərtib edilməsi əvəzinə istifadəçi həmin kontekstlər ilə məlumatları özünün istifadəçi təlimatına daxil edə bilər. Bunun sayəsində istifadəçi çat-bot-a hər dəfə yeni sual verən zaman onları təkrar şəkildə qeyd etməli olmayacaq. Məsələn əgər siz sistem çərçivəsində özünüz barədə qeyd etsəniz ki, siz üçüncü sinif şagirdlərinə dərs keçirsiniz, sizin bu məsələ ilə bağlı olacaq sorğularınıza olacaq cavablar çat-bot tərəfindən həmin şagirdlərin yaşlarına əsasən adaptasiya ediləcək. Bununla yanaşı ChatGPT istifadəçinin identifikasiyasında istifadə edilə biləcək istənilən məlumatı sistemdən siləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər