ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
Servislər
22.11.2023
Emil
OpenAI şirkəti elan edib ki, süni zəka əsaslı ChatGPT çat-botu ilə səsli ünsiyyət imkanı bütün istifadəçilər üçün təqdim edilib. Beləliklə bu imkandan bundan sonra təkcə ChatGPT Plus istifadəçiləri deyil, həmçinin GPT-3.5 əsaslı pulsuz versiyanın istifadəçiləri də yararlana biləcəklər. Bunun sayəsində istifadəçi ilə ChatGPT arasındakı dialoq daha təbii qəbul ediləcək. Qeyd etmək lazımdır ki, çat-botla səsli ünsiyyət imkanı ChatGPT-nin mobil tətbiqində mövcuddur. Sözügedən funksiya ilk dəfə olaraq sentyabr ayında ödənişli ChatGPT Plus-ın istifadəçiləri arasında test edilmişdi.
Funksiyanın əsasında mətni nitqə çevirə bilən təkmilləşdirilmiş sistem dayanır. Sözügedən sistem mətn və audio nümunələr əsasında insan nitqini generasiya edə bilir. Səsli ünsiyyət funksiyasından istifadə üçün ilk öncə ChatGPT-nin mobil versiyasını yükləmək lazımdır. ChatGPT-nin mobil tətbini App Store və ya Google Play-dən yükləmək olar. Funksiya tətbiq daxilindəki ayarlar bölməsində aktivləşdirilir. Onu aktivləşdirəndən sonra dialoq pəncərəsindəki qulaqlıq düyməsini klikləyərək üstünlük verilən səs variantını seçmək və daha sonra çat-bota müraciət etmək lazımdır.
Paylaş
Bənzər xəbərlər
Startup və Biznes
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, direktorlar şurası ilə Sam Altman arasında razılıq əldə edilib.
Startup və Biznes
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsindən sonra şirkətin demək olar bütün işçi heyəti könüllü şəkildə işdən çıxacaqları hədə-qorxusunu direktorlar şurasına məktub vasitəsilə bildirib.
Startup və Biznes
Sam Altman Microsoft şirkətinə qoşulub
OpenAI şirkətinin əsas investoru olan Microsoft şirkəti dünyaya ChatGPT kimi bir sistemi bəxş etmiş bu şirkətin stabil şəkildə inkişafında maraqlı idi.
Startup və Biznes
OpenAI şirkətinə yeni CEO təyin edilib
Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-su Sam Altman-ı işdən azad etdi.
Startup və Biznes
Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
Bir neçə ay bundan öncə məlum oldu ki, Microsoft OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırıb.
Ən çox oxunanlar