Logo
    main-post-cover

    ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

    Servislər
    28.09.2023
    Emil
        OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiyini elan edib. Beləliklə çat-bot aktual və nüfuzlu mənbələrdən olan cavabları istifadəçiyə təqdim etməyə başlayıb. Bu özəllik hələ ki, ChatGPT-nin Plus Enterprise adlı ödənişli versiyalarında aktivdir. Lakin OpenAI gələcəkdə onun bütün istifadəçilər üçün aktivləşdiriləcəyinə söz verib. Məlumatda qeyd edilib ki, ChatGPT internetdən əldə edilmiş cavablara həmin cavabların linklərini də yerləşdirir. Bu funksiya çat-botun hələ ki, veb versiyasında təqdim edilib və onu ayarlarda fərdi şəkildə aktivləşdirmək lazımdır. Qeyd etmək lazımdır ki, ChatGPT-nin internetə birbaşa çıxış imkanı daha öncə də var idi. Lakin OpenAI iyun ayında bu imkanı deaktiv etməli oldu. Belə ki, istifadəçilər ondan sui-istifadə etməyə başlamışdılar.
    Paylaş
    Bənzər xəbərlər