main-post-cover

    ChatGPT-nin aktivliyi aşağı düşməkdə davam edir

    Proqram Təminatı
    Servislər
    12.09.2023
    Farid Pardashunas
        OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun saytına giriş trafiki artıq üçüncü aydır ki, aşağı düşür. Lakin bununla belə trafik göstəricisinin stabilləşdiyinə dair əlamətlər də var. Təqdim edilmiş statistik məlumata əsasən avqust ayında ChatGPT saytına daxil olmuş istifadəçilərin sayı daha öncəki aylarda olmuş göstəricilər ilə müqayisədə 3.2% aşağı düşüb. Ümumilikdə avqust ayında sayta 1.43 milyard insan daxil olub.
        İyun və iyul aylarında göstəricilərin 10% aşağı düşdükləri müşahidə edilmişdi. İstifadəçilərin saytda keçirdikləri zaman göstəricisi də aşağı düşüb. Mart ayında bu göstərici 8.7 dəqiqə təşkil edirdisə, avqust ayında 7 dəqiqə təşkil edib. Lakin avqust ayında saytın unikal istifadəçi kütləsində artım müşahidə edilib. Belə ki, saytın unikal istifadəçi kütləsi avqust ayında bütün dünya üzrə 180 milyondan 180.5 milyon insana yüksəlib. Mütəxəssislər bildiriblər ki, yeni tədris ilinin başlaması öz növbəsində ChatGPT-yə marağın yenidən artmasına səbəb ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər