
ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib
Servislər
26.05.2023
Emil
OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə vermişdi. Lakin tətbiq yalnız ABŞ-da aktivləşdirilmişdi. İndi isə məlum olub ki, şirkət öz tətbiqini rəsmi şəkildə daha 40 ölkədə istifadəyə verib və onların arasında Azərbaycan da var. Beləliklə ChatGPT-nin iOS üçün olan tətbiqinin Azərbaycanla yanaşı istifadəyə verildiyi ölkələr bunlardır.
Albaniya, Əlcəzair, Argentina, Boliviya, Braziliya, Kanada, Çili, Xorvatiya, Kosta-Rika, Ekvador, Estoniya, Fransa, Almaniya, Qana, Hindistan, İraq, İrlandiya, İsrail, Yamayka, Yaponiya, İordaniya, Qazaxıstan, Koreya, Küveyt, Livan, Litva, Mavritaniya, Mavriki, Meksika, Mərakeş, Namibiya, Nauru, Yeni Zelandiya, Nikaraqua, Nigeriya, Oman, Pakistan, Peru, Polşa, Qətər, Sloveniya, Tunis, Böyük Britaniya, BƏƏ və ABŞ.
Analitiklərin verdikləri məlumata əsasən istifadəyə verildiyi ilk 5 gün ərzində ChatGPT tətbiqinin yüklənmə sayı 480 000-ə çatıb. Qeyd etmək lazımdır ki, ChatGPT-nin iOS tətbiqində çat-botun həm standart versiyasından həm də ödənişli ChatGPT Plus versiyasından istifadə etmək mümkündür. Tətbiqi bu linkdən yükləmək olar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
