Logo
    main-post-cover

    ChatGPT tətbiqinin Android versiyası bu həftə istifadəyə veriləcək

    Servislər
    24.07.2023
        Aktivliyin aşağı düşməsinə baxmayaraq süni zəka əsaslı ChatGPT çat-botu hələ də istifadəçilər arasında çox məşhurdur. Çat-botun veb versiyası keçən ilin noyabr ayında, iOS üçün nəzərdə tutulmuş tətbiqi isə may ayında istifadəyə verildi. İndi isə OpenAI şirkəti çat-bot tətbiqinin Android versiyasını istifadəyə verməyə hazırlaşır. Şirkətin verdiyi məlumata əsasən ChatGPT-nin Android üçün olan tətbiqi rəsmi olaraq bu həftə işə salınacaq. Şirkət konkret tarixi qeyd etməsə də, tətbiqin Google Play Market-dəki səhifəni təqdim edib.
        İstifadəçilər tətbiqin Google Play Market-dəki səhifəsinə keçid edərək ondan istifadə üçün nəzərdə tutulmuş gözləmə siyahısına yazıla və tətbiqi yükləyə bilərlər. Tətbiq aktivləşdiriləndən sonra isə ondan istifadə etmək mümkün olacaq. Beləliklə şirkət ChatGPT-nin iOS versiyasını işə salandan 2 ay sonra Android versiyanı da işə salmağa hazırlaşır. Gözləntilərə əsasən tətbiqin Android versiyası iOS versiyadan heç də fərqlənməıyəcək. İstifadəçilər tətbiq daxilində ChatGPT-nin həm pulsuz həm də ChatGPT Plus adlı pullu versiyasından istifadə edə biləcəklər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ChatGPT tətbiqinin Android versiyası bu həftə istifadəyə veriləcək | Technote