ChatGPT-yə yeni ayarlar əlavə edilib
Servislər
26.04.2023
Emil Nəcəfov
OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun interfeysinə yeni ayarları əlavə edib. Əlavə edilmiş yeni ayarlar istifadəçilərə çat-bot ilə ünsiyyət tarixçəsinin silinməsini və məlumatların daha rahat şəkildə eksport olunması imkanını verirlər. Bundan əlavə olaraq şirkət ChatGPT-nin biznes versiyasını anons edib. Çat-botun sözügedən versiyası ChatGPT Business adlanır və o, yaxın aylar ərzində istifadəyə verilməlidir. ChatGPT hələ bir neçə müddət bundan öncə GPT-4 adlı böyük dil modelinə keçid etdi və onun hal hazırda istifadəçi kütləsi 100 milyon insandan çoxdur.
OpenAI standart olaraq istifadəçilərin sorğularını və çat-bot tərəfindən tərtib edilən cavabları özündə saxlayır. Lakin çat-botun interfeysinə əlavə edilmiş yeni ayarlar çatların tarixçələrini 30 gündən sonra silinməsi imkanını verirlər. Sözügedən ayarlar artıq tədricən istifadəyə verilməyə başlayıb. İstifadəçi çat tarixçələrinin saxlanılması imkanını deaktiv etdiyi halda tarixçələr 30 gündən sonra avtomatik olaraq silinəcəklər. Bundan əlavə olaraq şirkət çat-botla ünsiyyətin rahat eksportunu da reallaşdırıb. Bunu daha öncə də etmək mümkün idi. Lakin əvvəllər buna daha çox zaman və güc sərf etmək lazım gəlirdi. ChatGPT Business-ə gəldikdə isə OpenAI onda hansı üstünlüklərin olacağını açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!