Əfsanəvi Winamp musiqi servisi şəklində geri qayıdır

Əfsanəvi Winamp musiqi servisi şəklində geri qayıdır

Servislər
01.03.2023 PAYLAŞIM

    İllər əvvəl istifadəçilər arasında məşhur olmuş əfsanəvi Winamp playerinin yeni versiyasının hazırlanması ilə məşğul olan LIama Group şirkəti rəsmi şəkildə elan edib ki, playerin yeni versiyası musiqi servisi kimi geri qayıdır. 15 mart tarixində Winamp musiqi servisi musiqiçilər, 15 aprel tarixində isə adi istifadəçilər üçün aktivləşəcək. Məlumatda qeyd edilib ki, musiqi servisi iimi fəaliyyət göstərəcək Winamp-dan istifadə etmək üçün Spotify-da olduğu kimi hər ay müəyyən məbləğdə ödəniş etmək lazım gələcək. Bu ilin ikinci rübündə isə musiqi servisinə daha çox imkan əlavə ediləcək. 2000-ci illərin əvvəllərində istifadəçilər arasında çox məşhur olmuş Winamp hal hazırda 83 milyon istifadəçi tərəfindən hələ də istifadə edilir. İndi isə o, müxtəlif musiqi servislərinin mövcud olduğu müasir musiqi sahəsinə geri qayıdır. Bununla belə o, musiqi sahəsində mövcud olan vacib problemlərdən birini həll etməyi də öz öhdəsinə götürüb. Söhbət, ifaçıların ədalətli şəkildə mükafatlandırılmasından gedir.

    “Müasir musiqi streaming platformaları ifaçılara daha geniş dinləyici kütləsini təqdim etsələr də, bu cür platformalardan əldə edilən gəlir çox aşağıdır. Çoxlu sayda imkanlar söz vermiş streaming inqilabı əksinə çoxlu sayda musiqiçini geridə qoydu. Onlar öz musiqilərinin necə təqdim olunduqları və satıldıqlarını idarə edə bilmirlər” - deyə LIama Group şirkətinin CEO-su Alexandre Saboundjian qeyd edib. Məlumatda qeyd edilib ki, musiqi servisi formatında fəaliyyət göstərəcək yenilənmiş Winamp-ın əsas fərqləndirici özəlliklərindən biri Fanzone adlı xüsusiyyət olacaq. Bu xüsusiyyət musiqiçilərə daimi gəlir mənbəyi əldə etmək imkanını verəcək. Belə ki, musiqiçilər müxtəlif səviyyəli abunəliklər üçün qiymət təyin edə biləcəklər. 15 mart tarixində yenilənmiş WInamp ilk növbədə musiqiçilər üçün aktivləşdiriləcək.


    Onlar 1 ay ərzində musiqi servisi ilə tanış ola, onun daxilində öz hesablarını yarada və abunəlik ayarlarını təyin edə bilərlər. 15 aprel tarixində isə musiqi servisi bütün istifadəçilər üçün aktivləşəcək. İstifadəçilər pərəstiş etdikləri musiqiçilərə abunə olaraq onları dəstəkləyə və onların eksklüziv kontentlərini əldə edə biləcəklər. Fanzone xüsusiyyəti Winamp daxilində təkcə musiqiləri deyil, həmçinin podkastları, audio kitabları və radiostansiyaları da əhatə edəcək. Tərtibatçılar həmçinin yenilənmiş Winamp-ın yaxın zamanda Android, iOS, Windows və veb versiyasını istifadəyə verəcəklər. Yaxın gələcəkdə isə musiqi servisinə yeni funksiyalar əlavə ediləcək. Onların arasında müəllif hüquqlarının idarəsi, lisenziyalaşdırma və NFT olacaq. Musiqiçilər Winamp daxilindəki abunəliklərdən əldə edilən gəlirin 85%-nə sahib olacaqlar. Bu üsul ilə Winamp özünə 1 milyon musiqiçini cəlb etməyi planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbə..

Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan ist..


Mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən Runway Gen-2 adlı a..

Mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Stable Diffusion adlı neyron şəbəkəsinin..


Google Play-də tətbiqlərin müxtəlif cihazlar arasında sinxronlaşdırılması funksi..

Verilmiş məlumata əsasən Google şirkəti Google Play-ə yeni funksiya əlavə edib. Söhbət, tətbiqlərin ..


Adobe mətn formatında təsvirlər əsasında fotolar tərtib edə bilən Firefly adlı s..

Adobe şirkəti DALL-E və Midjourney kimi neyron şəbəkələrinin məşhurluqları fonunda kənarda qalmaq is..


Süni zəka əsaslı GPT-4 dil modeli iPhone üçün tətbiq yaratmağı öyrənib..

Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib.


Çinin Baidu şirkəti süni zəka əsaslı çat-botunu təqdim edib (VİDEO)

Çinin ən böyük şirkətlərindən biri olan Baidu özünün süni zəka əsaslı çat-botunu təqdim edib...

×