
Elon Musk-ın xAI şirkəti öz ilk süni zəka əsaslı çat-botunu təqdim edib
Servislər
06.11.2023
Emil
Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı Grok adlı süni əsaslı çat-botunu təqdim edib. Sözügedən çat-bot ChatGPT-nin və digər bənzər çat-botların təlimatlandırılması üçün nəzərdə tutulmuş biliklərdən istifadə edərək dialoq pəncərəsində istifadəçinin suallarına cavab verir. Musk-ın sözlərinə əsasən Grok suallara cavab vermək üçün həmçinin real zaman ərzində X-dəki (keçmiş Twitter) məlumatlardan istifadə edir. Bundan əlavə olaraq ChatGPT kimi Grok da aktual məlumatların əldə olunması üçün internetə çıxış imkanını özündə birləşdirir.

"Grok real zaman ərzində X platforması üzərindən məlumatları əldə edə bilir. Bu isə digər süni zəka modelləri üzərində böyük üstünlükdür. Grok-un sistemi elə qurulub ki, onun təqdim etdiyi cavablarda biraz yumor olsun" - deyə Musk qeyd edib. Məlumata əsasən sözügedən çat-bot insanlar arasında müzakirələrə səbəb olan mövzuları əhatə edən suallara cavab versə də, ciddi məsələlərdə bunu etməyəcək. Məsələn istifadəçi çat-botdan hansısa narkotik vasitənin hazırlanması təlimatını əldə edə bilməyəcək. Musk bildirib ki, Grok-dan istifadə imkanını ilk olaraq X-dəki Premium+ istifadəçiləri əldə edəcəklər. Lakin çat-bot ilk növbədə qapalı beta test mərhələsindən keçməli olacaq.

Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Elon Musk-ın xAI şirkəti artıq bugün ilk süni zəka modelini istifadəyə verəcək
Elon Musk-a məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı öz ilk süni zəka modelini seçilmiş istifadəçilər qrupu arasında istifadəyə verəcək.

Süni İntellekt
Elon Musk: "Süni zəka səbəbilə insanların gələcəkdə çalışmalarına ehtiyac qalmayacaq"
Elon Musk-ın fikrincə süni zəkanın inkişafı nəticəsində insanların çalışmalarına ehtiyac qalmayacaq.

Süni İntellekt
Elon Musk-ın fikrincə "ekoloji" süni zəka insanları məhv edə bilər
Elon Musk xəbərdarlıq edib ki, ekoloji hərəkat nümayəndələri tərəfindən proqramlaşdırılmış süni zəka insanların məhvinə səbəb ola bilər.

Startup və Biznes
X-in bazar dəyəri 1 il ərzində iki dəfə aşağı düşüb
Artıq heç kim üçün sirr deyil ki, Elon Musk keçən il Twitter-i həddindən artıq baha qiymətə almışdı.

Sosial Media
Elon Musk X-i (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır
Elon Musk X sosial şəbəkəsini (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
