Facebook şirkəti öz sosial şəbəkəsinin daxilindəki Dating tanışlıq servisini Avropada işə salıb

Facebook şirkəti öz sosial şəbəkəsinin daxilindəki Dating tanışlıq servisini Avropada işə salıb

Servislər
22.10.2020 PAYLAŞIM

    Facebook şirkəti Avropanın 32 ölkəsi üzrə öz sosial şəbəkəsinin daxilində Dating adlı tanışlıq servisini istifadəyə verib. Qeyd etmək lazımdır ki, sözügedən servis 2019-cu ilin sentyabr ayında ABŞ-da istifadəyə verilmişdi. Bu servis vasitəsilə istifadəçilər ümumi maraqlar, hadisələr və qruplar əsasında özləri üçün partnyorlar tapa bilərlər. Facebook öz növbəsində tanışlıq servisinin alqoritminin necə çalışdığı barəsində məlumat vermir.

    Lakin bununla belə o qeyd edir ki, servisdən istifadə edəcək istifadəçilər öz əsas Facebook hesablarındakı dostlarını görməyəcəklər. Yəni servisin alqoritmi həmin şəxsləri təqdim etməyəcək. Təəssüflər olsun ki, servis hələ ki, Azərbaycanda dəstəklənmir. Dating servisi hələ bu ilin fevral ayında Avropada işə düşməli idi. Lakin İrlandiyadakı nizamlayıcı orqanın Facebook-a qarşı ittihamları səbəbilə servisin işə salınması təxirə düşmüşdü. Qeyd etmək lazımdır ki, Avropa bazarında bu servis Bumble, Badoo Tinder kimi tanışlıq servisləri ilə rəqabət aparacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Windows-da Android oyunları işə salacaq Play Games servisinin beta versiy..

Google şirkəti Windows platforması üçün nəzərdə tutulmuş Android oyunlar mağazasının beta versiyasın..


Saytların veb analitikasını aparmağa imkan verən məşhur Alexa.com servisinin fəa..

Amazon şirkəti illərlə saytların veb trafik analizlərini aparmağa imkan verən məşhur Alexa servisini..


Google Gmail-də audio və videozənglər istifadəyə veriləcək

Google şirkəti Gmail tətbiqinin çatı daxilində istifadəçilər arasında audio və videozənglər funksiya..


Google Search-un mobil versiyasına sonsuz axtarış nəticələri səhifəsi əlavə edil..

Google Search-un mobil versiyasında böyük dəyişiklik baş verib. Baş vermiş dəyişiklik lazımi məlumat..


Google Play-dən tətbiqlərin quraşdırılması daha sürətli olacaq

Google şirkəti Google Play-dən olan tətbiqlərin quraşdırılmasının optimizasiyası funksiyasını anons ..


Netflix kənar şəxslərin hesablarından istifadə edənlərə qarşı müharibə elan edib..

Netflix servisi kənar şəxslərin istifadəçi hesablarından istifadə edən insanlarla mübarizə aparacaq ..

×