main-post-cover

    Facebook şirkəti öz sosial şəbəkəsinin daxilindəki Dating tanışlıq servisini Avropada işə salıb

    Proqram Təminatı
    Servislər
    22.10.2020
    Emil Nəcəfov
        Facebook şirkəti Avropanın 32 ölkəsi üzrə öz sosial şəbəkəsinin daxilində Dating adlı tanışlıq servisini istifadəyə verib. Qeyd etmək lazımdır ki, sözügedən servis 2019-cu ilin sentyabr ayında ABŞ-da istifadəyə verilmişdi. Bu servis vasitəsilə istifadəçilər ümumi maraqlar, hadisələr və qruplar əsasında özləri üçün partnyorlar tapa bilərlər. Facebook öz növbəsində tanışlıq servisinin alqoritminin necə çalışdığı barəsində məlumat vermir.
        Lakin bununla belə o qeyd edir ki, servisdən istifadə edəcək istifadəçilər öz əsas Facebook hesablarındakı dostlarını görməyəcəklər. Yəni servisin alqoritmi həmin şəxsləri təqdim etməyəcək. Təəssüflər olsun ki, servis hələ ki, Azərbaycanda dəstəklənmir. Dating servisi hələ bu ilin fevral ayında Avropada işə düşməli idi. Lakin İrlandiyadakı nizamlayıcı orqanın Facebook-a qarşı ittihamları səbəbilə servisin işə salınması təxirə düşmüşdü. Qeyd etmək lazımdır ki, Avropa bazarında bu servis Bumble, Badoo Tinder kimi tanışlıq servisləri ilə rəqabət aparacaq.
    Linki kopyala