
Google Gmail servisində maraqlı funksiyanın istifadəyə verildiyini elan edib. Belə ki, bundan sonra Gmail istifadəçi məlumatlarının sızdırılıb-sızdırılmadığını yoxlamaq üçün darkneti skan edəcək. Hal hazırda bu özəllik yalnız ABŞ-dakı Gmail istifadəçilərini əhatə edir. Lakin gələcəkdə şirkət onu digər ölkələrin istifadəçiləri üçün də aktivləşdirə bilər. Google hesablarında ortaya çıxmış yeni təhlükəsizlik funksiyası istifadəçiyə onun elektron poçt ünvanının darknetdə mövcud olub-olmadığını bildirə bilər. Sözügedən funksiya həmçinin istifadəçiyə Google hesabının təhlükəsizlik səviyyəsini yüksəltmək üçün nəzərdə tutulımuş məsləhətləri də təqdim edir.