Gmail yenilənir: Nələr dəyişəcək? Nə yeniliklər olacaq?

Gmail yenilənir: Nələr dəyişəcək? Nə yeniliklər olacaq?

Servislər
19.07.2020 PAYLAŞIM

        Google şirkətinə məxsus servislərdən biri olan Gmail yenilənir. İstifadəçilərə təqdim etdiyi bir çox yenilik və sadə interfeysi ilə sevilən Gmail mail servisinə bəzi yeni funksiyalar əlavə ediləcək. Həmçinin servisin dizaynı da bu funksiyalara uyğun olaraq yenidən hazırlanıb. Slack ilə rəqabətdə daha aktiv ola bilmək üçün Google öz mail xidmətinə gələcək olan yeniliklər haqqında bloq yazısı paylaşıb.

Gmail servisinə 3 kateqoriya gələcək: Mail, görüntülü zənglər və söhbət


        Google tərəfindən verilən məlumata görə artıq istifadəçilər söhbət kateqoriyasına daxil olaraq bir başqa istifadəçi ilə söhbət edə biləcək. Həmçinin bura Google Drive inteqrasiyası da əlavə ediləcək. Beləliklə istifadəçilər söhbət zamanı asanlıqla fayl paylaşımı edə biləcək. Bundan başqa bu yeni funksiyalar ilə birliktə Google korporativ şirkət işçilərinin şirkətxarici insanlarla da söhbət etməsini mümkün edə biləcək. Qısaca Slack platformunda olan funksiyanın daha genişləndirilmiş bir forması olacaq.

        

        Bundan başqa istifadəçilər söhbət kateqoriyasından gələn mesajları mail-lər arasında görə biləcəklər. Bundan başqa axtarış sistemi söhbət kateqoriyasındakı mesajlar üçün də aktivləşdiriləcək. Google tərəfindən verilən məlumatlara görə yenilənmiş dizayn və bu funksiyalar ilk öncə G Suite istifadəçilərinə bu həftə ərzində təqdim ediləcək. Lakin bu final versiya olmayacaq. Son versiyanın bu ilin sonuna kimi aktiv istifadəyə veriləcəyi təxmin edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Servisdə yaddaş həcmi limiti: Məşhur Google Photos servisinin pulsuz imkanı məhd..

Google Photos servisində ödənişli funksiyaların ola biləcəkləri barəsində məlumat sızıntılarından so..


Yeni dizayn və jestlərlə idarəetmə: Youtube-un mobil versiyasında yeni funksiyal..

Google şirkəti məşhur Youtube servisinin mobil versiyasına bir sıra yeniliklər əlavə edib.


Facebook şirkəti öz sosial şəbəkəsinin daxilindəki Dating tanışlıq servisini Avr..

Facebook şirkəti Avropanın 32 ölkəsi üzrə öz sosial şəbəkəsinin daxilində Dating adlı tanışlıq servi..


Apple şirkəti App Store qaydalarında dəyişiklik edib: Dəyişikliklər nələrdir?..

Apple şirkəti App Store üçün olan tətbiqlərin yoxlanış prosesində dəyişikliklər edib.


Apple şirkəti öz servisləri üçün vahid abunəlik paketlərini işə salacaq..

Apple şirkəti öz məhsullarının istifadəçilərinə müxtəlif pullu servislər təklif edir. Həmin servislə..


Microsoft şirkəti Mixer streaming servisini bağlayacaq: Şirkət digər servisin in..

Bəzən yüksək səviyyəli rəqabətə hətta 10 milyonlarla dollar vasitəsilə də qalib gəlmək olmur. Görünü..

×