main-post-cover

    Google Assistant böyük dil modeli vasitəsilə təkmilləşdiriləcək

    Proqram Təminatı
    Servislər
    01.08.2023
    Farid Pardashunas
        Google Assistant səsli köməkçisi böyük yenilənmə əldə edəcək. Belə ki, onun əsasına ChatGPT Google Bard kimi çat-botların əsasını təşkil edən böyük dil modeli inteqrasiya ediləcək. “Google tərtibatçılarının bir hissəsi mobil cihazlardan başlayaraq artıq bu istiqamətdə işlərə start verib” - deyə şirkətin daxili məktubunda qeyd edilib. Sözügedən yeni layihə çərçivəsində Google həmçinin Google Assistant üzərində çalışan komandanı ixtisar edəcək.
        Məktubda qeyd edilib ki, Google Assistant ilə bağlı olan bəzi vəzifələr ləğv ediləcək. Lakin bu qərarın hansı sayda işçini əhatə edəcəyi bilinmir. Google Assistant-a böyük dil modelinin inteqrasiyası sayəsində səsli köməkçinin hansı yeni funksiyaları əldə edəcəyi bilinmir. Lakin bu mövzuda səsli köməkçinin əldə edə biləcəyi funksiyalar genişdir. Bu, Google Bard çat-botu əsasında çalışan platforma da ola bilər Bu halda Google Assistant istifadəçilərin suallarına cavab verə biləcək və cavablar birbaşa internetdən götürüləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər