main-post-cover

    Google Chrome brauzeri RAM yaddaşına və enerjiyə qənaət rejimlərini əldə edib

    Proqram Təminatı
    Servislər
    22.02.2023
    Farid Pardashunas
        Google şirkəti Chrome brauzerinin stabil versiyasına RAM yaddaşının və enerjinin qənaəti rejimlərini əlavə edib. Daha öncə bu rejimlər məhdud sayda istifadəçi arasında test olunurdular. Google öz növbəsində bu rejimlərin necə çalışdıqlarını və kompüter ilə noutbuk istifadəçilərinə nə kimi faydaları verə biləcəkləri barəsində məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən RAM yaddaşının qənaəti rejimi brauzer tərəfindən istifadə edilən RAM yaddaşının 30%-ni azad edir. Bunun üçün o, brauzerdəki açıq qovluğu başlıq hissəyə kimi kəsir. Bununla belə əgər açıq qovluqda hər hansısa proses gedirsə, brauzer onu deaktivləşdirmir. Söhbət, aşağı proseslərdən gedir:
    - Baxılmamış bildiriş və ya yarıya kimi doldurulmuş hər hansısa forma
    - Sosial şəbəkə saytı üzərindən reallaşdırılan audio zəng
    - Oynadılan audio və ya video kontent
    - Hər hansısa faylın yüklənməsi.
        Bundan əlavə olaraq istifadəçi bu rejim vasitəsilə deaktivləşdirilməsinə ehtiyac duymayan saytların siyahısını tərtib edə bilər. Bu imkanı brauzerin ayarlarındakı Performance bölməsində tapmaq olar. Enerjiyə qənaət rejiminə gəldikdə isə o, noutbukun və ya planşetin çalışma müddətini artırır. Bu rejimin aktivləşdirilməsi halında brauzer şarj prosesinin dayandırıldığı noutbuk və ya planşetdə enerjiyə qənaət etməyə başlayır. Bunun üçün brauzer veb səhifənin hamar şəkildə sürüşdürülməsi imkanını söndürür, videoların framerate göstəricilərini və online oyunların performanslarını aşağı salır. Bu hər iki yeni rejim standart olaraq brauzerdə aktivdir. Lakin onları brauzerin ayarlarındakı Performance bölməsində deaktivləşdirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər