main-post-cover

    Google Chrome brauzerinə iki yeni təhlükəsizlik funksiyasını əlavə edəcək

    Proqram Təminatı
    Servislər
    20.09.2023
    Farid Pardashunas
        Google şirkəti özünün Chrome brauzeri üçün iki yeni təhlükəsizlik funksiyası üzərində çalışır. Sözügedən funksiyalar Chromium Gerrit adlı platformada aşkar edilib. Funksiyalardan biri istifadəçilərə konfidensiallıq ayarları üçün rahat paneli təqdim edəcək, digəri isə istifadəçiləri veb saytların izlənməsindən qoruyacaq. Məlumatda qeyd edilib ki, Google şirkətinin təhlükəsizlik sistemi cookie fayllarının zərərsizləşdirilməsinə yardımçı olacaq.
        Belə ki, veb resurslar məhz cookie faylları vasitəsilə istifadəçiləri identifikasiya edə bilirlər. Bu yeni funksiya bütün konfidensiallıq ayarlarını vahid interfeys çərçivəsində özündə birləşdirəcək panelə əlavə ediləcək. Tracking Protection adlı funksiya sayəsində istifadəçilər hansı kənar saytların cookie fayllarından istifadə edə biləcəklərini idarə edəcəklər. Bu yeni təhlükəsizlik funksiyalarının stabil Chrome brauzerində nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər