Google Chrome brauzerinə videolardakı kadrların kopyalanması funksiyası əlavə edilib

Google Chrome brauzerinə videolardakı kadrların kopyalanması funksiyası əlavə edilib

Servislər
05.09.2023 PAYLAŞIM

    Google Chrome brauzerində maraqlı bir funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya Copy Video Frame adını əldə edib. Sözügedən funksiya bu və ya digər videodakı hər hansısa kadrı kopyalamağa imkan verir. Bu funksiyanın istifadəsi ilə artıq videodakı kadrların screenshot fotolarını çəkməyə ehtiyac qalmır. Çox zaman screenshot fotoların keyfiyyətləri daha aşağı olurlar və üstəlik bu cür fotolarda videonun idarəetmə paneli də əks olunur.


    Sözügedən yeni funksiyadan Youtube-da istifadə etmək üçün videonu lazımi kadrın əks olunduğu anda dayandırmaq və kadr üzərində mouse-un sağ düyməsinə iki dəfə klikləmək lazımdır. Açılacaq menyuda isə Copy Video Frame əməliyyatını seçmək lazım gələcək. Məlum olub ki, yeni funksiya digər video servislərdə o qədər də yaxşı çalışmır. Bundan əlavə olaraq kopyalanmış kadrı kompüterin iş masasına yükləmək mümkün deyil. İstifadəçi kopyalanmnış kadrı Google Docs-dakı hansısa fayla və ya Apple cihazlarında olan Notes tətbiqinə yerləşdirə bilər.



DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×