Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
Servislər
18.10.2023
Emil Nəcəfov
Google Chrome brauzerinə iki yeni təhlükəsizlik funksiyasını əlavə edib. Əlavə edilmiş funksiyalar istifadəçilərə internetdəki konfidensiallıqlarını daha yaxşı idarə etmək imkanını verirlər. Funksiyalardan biri Chrome-da daxil olunmuş saytların tarixçələrinin daha rahat şəkildə silinməsini, digəri isə Gmail məlumatlarının darknetdən qorunmasını mümkün edir. Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasında son 15 dəqiqə ərzində daxil olunmuş saytların tarixçələrini bundan sonra daha rahat şəkildə silmək mümkün olacaq.
Bunun üçün brauzerin yuxarı sağ hissəsindəki 3 nöqtəli menyuya daxil olaraq “Clear browsing data” bəndini seçmək lazımdır. Chrome brauzeri daxilində Google hesabı ayarlarına daxil olan zaman istifadəçi “Dark web report” adlı yeni bəndə rast gələcək. Bu, darknetdə ortaya çıxa biləcək login və şifrələrin axtarışı sistemidir. Onun sayəsində istifadəçi öz Gmail məlumatlarının darknetdə ortaya çıxıb-çıxmadığını öyrənə biləcək. Bundan əlavə olaraq sistem istifadəçiyə məlumatların qorunması mövzusunda əlavə məsləhətlər də verəcək. Bu yeni funksiyalar Chrome brauzerinin Android versiyasında artıq aktivdirlər. Onların yaxın zamanda həmçinin brauzerin iOS versiyasına da inteqrasiya ediləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi
Avropa komissiyası Google şirkətinin daxil olduğu Alphabet korporasiyasını 4.3 milyard avro dəyərində cərimələyib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!