
Google Drive istifadəçilərinin faylları yoxa çıxıb
Servislər
27.11.2023
Emil
Google Drive servisinin istifradəçiləri öz fayllarının yoxa çıxması problemi ilə qarşılaşıblar. Bu problemlə qarşılaşmış istifadəçilərin sözlərinə əsasən onların faylları Google Drive servisindən tamamilə yoxa çıxıblar. Daha dəqiq desək, istifadəçilər fayllara giriş imkanından məhrum olublar və onların Google Drive hesablarındakı qovluqlar strukturu 2023-cü ilin may ayındakı struktura geri qayıdıb. Google məsələ ilə bağlı araşdırmaya start verdiyini bildirib. Şirkət istifadəçilərə Google Drive hesablarında hər hansısa dəyişikliyi etməməyi məsləhət görüb. İstifadəçilərdən biri qeyd edib ki, onun bu ilin may ayından sonra yaratmış olduğu faylların hamısı servisdən yoxa çıxıb. Fayllar nə qovluqlarda nə də zibil qutusundadırlar.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
