Google Drive servisinin desktop tətbiqinin dəstəyi Windows 8 versiyalarında dayandırılacaq
Proqram Təminatı
Servislər
08.06.2023
Farid Pardashunas
Google şirkəti rəsmi şəkildə elan edib ki, o, Google Drive servisinin Windows 8 və Windows 8.1 üçün olan versiyalarının dəstəyini dayandıracaq. Məlumatda qeyd edilib ki, Google Drive servisinin desktop tətbiqi bu ilin avqust ayından başlayaraq Windows 8-də, Windows 8.1-də və Windows-un 32 bit-lik bütün versiyalarında artıq dəstəklənməyəcək.
“Təqdim edilən xidmətdə hər hansısa problemlərin yaşanmaması üçün Windows istifadəçilərinə bu ilin avqust ayına kimi Windows 10-a və ya Windows 11-ə keçid etmək məsləhət görülür. 32 bit-lik Windows istifadəçiləri Google Drive-dan brauzer vasitəsilə istifadə edə biləcəklər” - deyə Google qeyd edib. Qeyd etmək lazımdır ki, Google Drive servisinin desktop tətbiqi kompüterdəki qovluqları bulud servis ilə sinxronlaşdırır. Buna görə də sinxronlaşmanın davam etməsini istəyən istifadəçilər avqust ayına kimi məcbur şəkildə yeni tələblərə uymalı olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək