Logo
    main-post-cover

    Google Gboard-a süni zəka vasitəsilə qrammatik səhvlərin düzəldilməsi funksiyası əlavə edilib

    Servislər
    08.09.2023
        Google şirkətinin Gboard adlı virtual klaviaturasının yeni beta versiyası istifadəyə verilib. İstifadəyə verilmiş beta versiyada Gboard yeni funksiya əldə edib. Söhbət, qrammatik səhvlərin süni zəka vasitəsilə aradan qaldırılması funksiyasından gedir. Yeni funksiya virtual klaviaturaya avtomatik və ya istifadəçinin düyməyə klikləməsi ilə bu və ya digər mətndəki səhvləri düzəltməyə imkan verir. Google xəbərdarlıq edib ki, bu funksiya bulud sistemdə çalışır və nəticədə istifadəçinin yazmış olduğu hər şey qrammatik səhvlərin aradan qaldırılması istiqamətində Google serverlərinə göndəriləcək. Sözügedən yeni funksiya Gboard-un 13.4 nömrəli beta versiyasında aktivdir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Gboard-a süni zəka vasitəsilə qrammatik səhvlərin düzəldilməsi funksiyası əlavə edilib | Technote