main-post-cover

    Google GBoard silinmiş mətnin bərpası düyməsini əldə edəcək

    Proqram Təminatı
    Servislər
    11.07.2023
    Farid Pardashunas
        Google şirkətinin Android əməliyyat sistemində aktiv olan GBoard adlı virtual klaviaturası yaxın zamanda yeni funksiya əldə edəcək. Sözügedən virtual klaviaturanın beta versiyalarından birində Undo (ləğv etmək) adlı yeni düymənin ortaya çıxdığı məlum olub. Sözügedən yeni düymə redaktə edilmiş və ya silinmiş mətnin bərpası üçün nəzərdə tutulub.
        Bu və ya digər əməliyyatın ləğv edilməsi imkanı mətn redaktorları üçün çox vacib hesab edilən bir funksiyadır və o, demək olar bir çox tətbiqdə mövcuddur. Bu cür funksiya həmçinin Google şirkətinin Google Keep kimi servislərində də istifadəçiyə təqdim edilir. Lakin sözügedən funksiya software səviyyəsində Google GBoard-a aktiv deyil. Görünür, yaxın zamanda bu vəziyyət dəyişəcək. Hal hazırda yeni funksiya Google GBoard-ın stabil versiyasında aktiv deyil. O indiki mərhələdə virtual klaviaturanın beta versiyasında istifadəyə verilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər