Logo
    main-post-cover

    Google Lens bundan sonra dəri xəstəliklərini təyin edə biləcək

    Servislər
    16.06.2023
    Emil
        Fotolardakı obyektləri, mətnləri təyin etməyi bacaran və istifadəçiyə bir sıra faydalı imkanı təqdim edən Google Lens servisinin funksionallığı genişləndirilib. Belə ki, bu servis bir neçə faydalı funksiya əldə edib və onlardan biri sağlamlıqla bağlıdır. Tərtibatçılar Google Lens-ə çəkilmiş foto vasitəsilə dəri xəstəliklərini təyin etməyi öyrədiblər. Bu funksiya rəsmi şəkildə tibbi hesab edilməsə də, istifadəçiyə hansı tibbi mütəxəssisə müraciət etmək lazım olduğunu müəyyən etməkdə lazımlı ola bilər.
    Google Lens
        Yeni funksiyadan istifadə etmək üçün istifadəçi ilk növbədə dərinin problemli sahəsinin fotosunu çəkməli və Google Lens-ə yükləməlidir. Bunu etdikdən sonra Google Lens axtarış prosesinə start verərək yüklənmiş fotonun digər fotolarla vizual uyğunluqlarını axtaracaq. Qeyd etmək lazımdır ki, vizual uyğunluqların axtarışı öz növbəsində digər xəstəliklərin simptomlarını da təqdim edə bilər. Bu, ilk növbədə istifadəçinin öz sağlamlıq problemini sözlərlə düzgün şəkildə ifadə edə bilməməsi halında faydalı ola bilər. Google bildirib ki, yeni funksiya diaqnostik xarakter daşımasa da istifadəçiyə hansı tibbi mütəxəssisə müraciət etmək məsələsində yardımçı ola bilər.
    Paylaş
    Bənzər xəbərlər