Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən qadağalar təyin edib

Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən qadağalar təyin edib

Servislər
05.08.2022 PAYLAŞIM

    Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həmçinin tətbiqlərin ümumilikdə keyfiyyətlərini yüksəltmək yolunda tərtibatçılara üçün yeni tələblər irəli sürür. Bu dəfə şirkət mobil oyunlarda və tətbiqlərdə reklam elanlarından sui-istifadə hallarının qarşısını almaq qərarına gəlib. Bu səbəbdən də Google tərtibatçılar üçün yeni tələblər irəli sürüb. Həmin tələblər Google Play-də mövcud olan tətbiqlərin çalışmalarında yüksək keyfiyyəti təmin etməlidirlər. Beləliklə şirkətin yeni qərarına əsasən bundan sonra aşağıdakı bəndlər qadağan edilir:

Google


- Ani olaraq ortaya çıxan istənilən formatda (GIF, video, statik və s.) tam ekranlı reklam elanları. Bir qayda olaraq bu cür reklamlar istifadəçinin hər hansısa digər əməliyyatı yerinə yetirmək istədiyi zaman ortaya çıxır

- Oyun daxilində olan hansısa proses zamanı ortaya çıxan reklam elanları

- Tətbiq daxilində yüklənmə ekranından öncə ortaya çıxan video formatlı reklam elanları

- 15 saniyədən sonra bağlanması mümkün olmayan istənilən formatda tam ekranlı reklam elanları. Bununla belə istifadəçiyə və ya onun yerin yetirmək istədiyi bu və ya digər əməliyyata mane olmayan reklam elanları 15 saniyədən sonra da qala bilərlər.

Google

    Beləliklə bu qadağalar vasitəsilə Google şirkəti istifadəçinin gözləmədiyi anda ortaya çıxan reklam elanları ilə nübarizə aparmağı hədəfləyib. Bununla belə şirkət qeyd edib ki, bu qadağalar mobil oyunlar və ya tətbiqlər daxilində istifadəçiyə müəyyən nailiyyətləri təqdim edən reklam elanlarına aid edilmir. Adətən bu cür reklam elanlarının sərgilənməsinə istifadəçilər fərdi şəkildə razılıq verirlər. Bundan əlavə olaraq mobil oyunların və ya tətbiqlərin işlərinə mane olmayan reklam elanları da qadağan edilmir.

Google



DAHA ÇOX


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..


Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Digər şirkətlərlə yanaşı Opera da süni zəka texnologiyaları vasitəsilə öz brauzerinin imkanlarını ge..

×