main-post-cover

    Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Proqram Təminatı
    Servislər
    21.07.2023
    Emil Nəcəfov
        Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını istifadəyə vermişdi. İndi isə məlum olub ki, şirkət sözügedən tətbiqin stabil versiyasını kompüterlər üçün istifadəyə verib. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq Android smartfonlar ilə kompüterlər arasında fayl mübadiləsini reallaşdırmağa imkan verir. O, Apple AirDrop, Samsung Quick Share Huawei Share analoqu hesab edilir.
        Hər hansısa faylı, fotonu və ya linki ötürmək üçün istifadəçi onlardan birini seçməli və tətbiq daxilində Share düyməsinə klikləməlidir. Share düyməsinə klikləyəndən sonra istifadəçiyə yaxınlıqda yerləşən cihazların siyahısı təqdim ediləcək. Nearby Share tətbiqi Wi-Fi, Bluetooth və ya WebRTC texnologiyası vasitəsilə çalışır. Nearby Share tətbiqinin kompüterlər üçün nəzərdə tutulmuş versiyasını bu linkdən yükləmək olar. O, Windows 10-nu və Windows 11-i dəstəkləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər