main-post-cover

    Google Photos istifadəçiləri geolokasiya tarixçələri vasitəsilə daha izləməyəcək

    Proqram Təminatı
    Servislər
    07.12.2022
    Emil Nəcəfov
        Uzun müddət ərzində Google Photos alqoritmləri geolokasiya məlumatlarına sahib olmayan fotoların çəkiliş yerlərini istifadəçinin geolokasiya tarixçəsi vasitəsilə təyin edirdilər. Google Photos-un yeni versiyasında isə bu özəllik aradan qaldırılacaq. Bu imkanı machine learning əsaslı alqoritmlər əvəz edəcəklər. Google şirkətinin verdiyi məlumata əsasən 1 may 2023-cü il tarixinə kimi bütün Google Photos istifadəçiləri fotoların geolokasiya tarixçələrinə bağlı olma imkanını silmək və ya saxlamaq təklifini özündə əks etdirəcək bildirişi əldə edəcəklər.
        Geolokasiya tarixçələrinin fotolara bağlı olmaları imkanının silinməsi halında geolokasiya məlumatları fotolardakı obyektlərin analizi əsasında əldə ediləcək digər məlumatlarla əvəz ediləcəklər. “Biz, fotoların harda çəkildiklərini təyin etmək üçün fotolardakı obyektlərdən istifadəyə diqqət ayırmışıq. Biz bundan sonra istifadəçinin geolokasiya tarixçələrindən istifadə etməyəcəyik” - deyə şirkət qeyd edib. Çəkiliş zamanı istifadəçinin yerləşdiyi yerin avtomatik şəkildə təyin edilməsi funksiyasını Google Photos ayarlarında deaktiv etmək olar. 
    Linki kopyala