main-post-cover

    Google Play-də alternativ ödəniş üsulları istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    11.11.2022
    Emil Nəcəfov
        Adətən Google Play daxilində bütün alış-verişlərin ödənişi Google şirkətinin fərdi ödəniş sistemi üzərindən reallaşdırılır. Buna görə də tətbiq tərtibatçıları Google şirkətinə komissiya ödəməli olurlar. Yaxın zamanda isə bu vəziyyət dəyişəcək. Belə ki, şirkət Google Play-də alternativ ödəniş üsullarının testinə start verib. Start verilmiş testin ilk iştirakçıları Spotify Bumble servisləri olublar.
        Google şirkətinin ödəniş sistemi üzərindən ödəniş edən zaman komissiya 15%-dən 30%-ə kimi təşkil edir. Yeni üsul çərçivəsində isə pul vəsaitləri istifadəçilərin bank kartlarından birbaşa çıxılacaq. Bu isə öz növbəsində Spotify ilə Bumble-da aylıq abunəlik haqlarının bir qədər aşağı düşməsinə səbəb ola bilər. Bu cür imkan hələ ki, ABŞ-da reallaşdırılıb və yaxın zamanda digər regionlarda da aktivləşə bilər. Bununla belə Google şirkəti bildirib ki, istifadəçilərin bank kartlarından birbaşa pul vəsaitlərini əldə edən şirkətlər əvvəlki kimi komissiya ödəməli olacaqlar. 
    Linki kopyala