main-post-cover

    Google Play valideynlərin vəsaitlərini uşaqların gözlənilməz xərclərindən qoruya biləcək

    Proqram Təminatı
    Servislər
    22.12.2022
    Farid Pardashunas
        Valideynlərinin külli miqdarda vəsaitlərini xərcləmiş uşaqlar barəsində xəbərlər daimi şəkildə internetdə ortaya çıxır. Sonunda Google şirkəti bu problemə nəzər yetirib və onun aradan qaldırılması üçün xüsusi üsul təklif edib. Belə ki, şirkət özünün Google Play platformasına yeni ayarlar əlavə edib və həmin ayarlar vasitəsilə valideynlər öz vəsaitlərini gözlənilməz xərclərdən qoruya biləcəklər. Google Play-in yenilənmiş siyasəti valideynlərə və ya qəyyumlara uşaqların istifadəçi hesablarında istənilən ödəniş imkanlarının detallı şəkildə ayarlanmasını təqdim edir.
        Bununla belə valideynlər kart nömrəsinin fiziki şəkildə daxil edilməsi kimi kənar ödəniş üsullarının məhdudlaşdırılmasını da reallaşdıra bilərlər. Bu halda tranzaksiya yalnız valideynin öz cihazında onu təsdiqləməsindən sonra baş verəcək. Bununla belə reallaşdırılması planlaşdırılan ödənişin hansı üsul vasitəsilə edilməsinin bir fərqi yoxdur. İstənilən halda valideyn tranzaksiyanın reallaşdırılması üçün ilk öncə onu öz cihazında təsdiqləməli olacaq. İstənilən alış-verişin edilməsi zamanı tətbiq sorğunu valideynə göndərməyi tələb edəcək. Bununla yanaşı valideynə uşağın nəyi və hansı üsul ilə almaq istəməsi barəsində məlumat göndəriləcək. Bu yeni imkan bəzi regionlarda Google Families idarəetmə panelində artıq aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər