Google Search süni zəka tərəfindən tərtib edilmiş fotoların təyini üzrə yeni imkanlar əldə edəcək

Google Search süni zəka tərəfindən tərtib edilmiş fotoların təyini üzrə yeni imkanlar əldə edəcək

Servislər
11.05.2023 PAYLAŞIM

    Google şirkəti dezinformaisya ilə mübarizə yolunda yeni addımlar atmağa davam edir. Şirkət süni zəka vasitəsilə tərtib edilmiş fotoların avtomatik şəkildə təyin edilməsinə hədəflənib. Google I/O 2023 konfransı çərçivəsində şirkət bu istiqamətdə reallaşdırılan yeni funksiyaları təqdim edib. Yeni funksiyalar nəticə etibarilə Google Search-ə inteqrasiya ediləcək. İstifadəçilər axtarış nəticələrində ortaya çıxan fotolar barəsində daha çox məlumat əldə edə biləcəklər. Bununla yanaşı süni zəka vasitəsilə tərtib edilmiş fotolar axtarış nəticələrində xüsusi işarəyə sahib olacaqlar. Google bildirib ki, bu yeni imkanlar vasitəsilə istifadəçilər bu və ya digər fotonun reallığı əks etdirib-etdirmədiyini sürətlə təyin edə biləcəklər.

 ATIGif.gif


    Lakin çətin ki, bu cür funksiyalar dezinformasiya problemini tamamilə aradan qaldıra bilsin. Belə ki, fotoların çox hissəsi ümumiyyətlə Google ekosistemindən kənarda sərgilənir. Bununla belə yaxın aylar ərzində Google Search-də istifadəyə veriləcək bu imkanlar müəyyən dərəcədə istifadəçilərə yardımçı olmalıdırlar. İstifadəçilər fotoların Google tərəfindən nə zaman indeksləndiyini, bu və ya digər fotonun ilk dəfə harda ortaya çıxdığını və daha hansı platformalarda paylaşıldığını öyrənə biləcəklər. Bu cür axtarış üsulu istifadəçini faktların yoxlanması ilə məşğul olan saytlara gətirib çıxara bilər. Həmin saytlar vasitəsilə isə istifadəçi bu və ya digər fotonun süni zəka vasitəsilə tərtib edilib-edilmədiyini təyin edə bilər.



DAHA ÇOX


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..


Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Digər şirkətlərlə yanaşı Opera da süni zəka texnologiyaları vasitəsilə öz brauzerinin imkanlarını ge..

×