main-post-cover

    Google Search-ün veb versiyasında axtarış nəticələri uzun lent şəklində əks olunacaqlar

    Proqram Təminatı
    Servislər
    08.12.2022
    Emil Nəcəfov
        Google Search-ün veb versiyasında bundan sonra axtarış nəticələri uzun lent formatında təqdim ediləcək. Bu barədə Google özü xəbər verib. Bununla belə məlumatda qeyd edilib ki, söhbət, sonsuz lent formatından getmir. Belə ki, axtarış nəticələrində əvvəlki kimi nömrələnmiş səhifələr mövcud olacaq. Lakin istifadəçi 6-cı səhifəyə keçid edəndən sonra səhifənin sonunda “Show more” düyməsi yerləşəcək. Həmin düyməyə klikləyəndən sonra istifadəçi növbəti səhifəyə keçid etmədən axtarış nəticələrinə aşağı sürüşdürməklə baxa biləcək.
        Google bildirib ki, bu yenilik ilk növbədə ingilis dilli axtarış nəticələri üçün ABŞ-da istifadəyə verilib. Lakin bu funksiyanın Google Search-ün mobil versiyasında istifadəyə verildiyini nəzər alsaq, belə qənaətə gəlmək olar ki, yaxın zamanda ona digər dillər üzrə axtarış nəticələri də əlavə ediləcək. Bu cür dəyişiklik bir çox sosial şəbəkələrdə olan dizayn ilə uyğunlaşır. Belə ki, sosial şəbəkələrdə kontentin yenilənməsi üçün hansısa səhifəyə keçid etmək lazım gəlmir. İstifadəçi sadəcə olaraq səhifəni aşağı istiqamətə sürüşdürməyə davam edir.
    Linki kopyala